Büdcə şöbəsinin baş mütəxəssisi | Banco.az
AFB Bank

Büdcə şöbəsinin baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Maliyyə departamentinin büdcə şöbəsinin baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Büdcə şöbəsinin baş mütəxəssisi 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali təhsil;
• Maliyyə təhlili üzrə iş təcrübəsi;
• Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı;
• Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
• MS Excel-dən təkmil istifadə bacarığı (proqramlama dillərində biliklər üstünlük hesab olunur)

• Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir (məs. ACCA).

 

İŞİN TƏSVİRİ:

• Bankın maliyyə hədəflərinin, balans, mənfəət və zərərlər və nağd pulun hərəkəti proqnozlarının hazırlanması;

• Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın hazırlanması, habelə qiymət siyasəti barədə təkliflərin hazırlanması;

• Strateji və əməliyyat planlarına uyğun olaraq Bankın illik büdcəsinin hazırlanması;
• Büdcənin icrasına nəzarətin həyata keçirilməsi;
• Struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın Maliyyə təhlilinin aparılması.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Büdcə şöbəsinin baş mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et