Biznesin inkişafı departamentinin direktoru | Banco.az
Bank BTB

Biznesin inkişafı departamentinin direktoru

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC-nin Biznesin inkişafı departamentinin direktoru vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

• Bankın fəaliyyətinin dövlət orqanları ilə səmərəli qurulması üçün lobbiçilik işləri həyata keçirir.

• Bankın SWOT təhlilini aparır, zəif tərəflər və təhlükələr barədə məlumat hazırlayır.

• Ehtiyac olduqda alternativ strategiyalara keçid üzrə İdarə Heyətinə və Strateji Plan Qrupuna təkliflər verir.

• Bankın strateji hədəflərinin yerinə yetirilməsinin təmin olunması üçün əməliyyat planlarının hazırlanması və icrası üçün layihə qrupları yaradılması barədə İdarə Heyətinə təkliflər verir.

• Strateji, əməliyyat və maliyyə planlarının uzlaşmasını həyata keçirir.

• Bankın beynəlxalq əlaqələrini qurur və idarə edir.

• Xarici banklar və beynəlxalq maliyyə institutları, reytinq və audit şirkətləri, ödəniş sistemləri və bankın fəaliyyəti ilə bağlı digər xarici dövlət, kommersiya və ictimai qurumlarla əlaqələr yaradır.

• Davamlı sürətdə bankdaxili proseslərin təhlilini təşkil edir və onların daima optimallaşdırılması və səmərəliliyinin artırılması üçün tədbirlər görür.

• Bankdaxili prosedur və təlimatların, habelə digər bütün növ normativ xarakterli sənədlərin hazırlanmasını və təkmilləşdirilməsini əlaqələndirir.

• Bankın biznes proseslərində ortaya çıxan maraqlar toqquşması və onların aradan qaldırılması barədə təkliflər verir.

• Departamentin işini planlaşdırır və təşkil edir, bankdaxili siysət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən departamentə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil edir.

• Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır.

• Departamentin, digər struktur bölmələri ilə fəaliyyətlərini əlaqələndirir.

• İdarə Heyətinin strateji inkişaf ilə əlaqədar ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Namizədə tələblər:

• ali iqtisadi və ya biznes təhsili;

• ən azı 3 il strateji planlaşma və ya biznes proseslərin idarə edilməsi sahəsində bank təcrübəsi;

• Azərbaycan, rus, türk və ingilis dil bilikləri;

• ünsiyyət qurma bacarığı;

• satış bacarığı;

• yaradıcılıq bacarığı;

• strateji düşünmə və analitik təhlil bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12.09.2016-cı il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Biznesin inkişafı departamentinin direktoru) qeyd edilməsi xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et