Biznesin inkişafı departamentinin direktoru | Banco.az
Bank BTB

Biznesin inkişafı departamentinin direktoru

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC-nin Biznesin inkişafı departamentinin direktoru vəzifəsinə işə qəbul elan edir

Biznesin inkişafı departamentinin direktoru

İş barədə məlumat:

  • Bankın fəaliyyətinin dövlət orqanları ilə səmərəli qurulması üçün lobbiçilik işləri həyata keçirir.
  • Bankın SWOT təhlilini aparır, zəif tərəflər və təhlükələr barədə məlumat hazırlayır.
  • Ehtiyac olduqda alternativ strategiyalara keçid üzrə İdarə Heyətinə və Strateji Plan Qrupuna təkliflər verir.
  • Bankın strateji hədəflərinin yerinə yetirilməsinin təmin olunması üçün əməliyyat planlarının hazırlanması və icrası üçün layihə qrupları yaradılması barədə İdarə Heyətinə təkliflər verir.
  • Strateji, əməliyyat və maliyyə planlarının uzlaşmasını həyata keçirir.
  • Bankın beynəlxalq əlaqələrini qurur və idarə edir.
  • Xarici banklar və beynəlxalq maliyyə institutları, reytinq və audit şirkətləri, ödəniş sistemləri və bankın fəaliyyəti ilə bağlı digər xarici dövlət, kommersiya və ictimai qurumlarla əlaqələr yaradır.
  • Davamlı sürətdə bankdaxili proseslərin təhlilini təşkil edir və onların daima optimallaşdırılması və səmərəliliyinin artırılması üçün tədbirlər görür.
  • Bankdaxili prosedur və təlimatların, habelə digər bütün növ normativ xarakterli sənədlərin hazırlanmasını və təkmilləşdirilməsini əlaqələndirir.
  • Bankın biznes proseslərində ortaya çıxan maraqlar toqquşması və onların aradan qaldırılması barədə təkliflər verir.
  • Departamentin işini planlaşdırır və təşkil edir, bankdaxili siysət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən departamentə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil edir.
  • Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır.
  • Departamentin, digər struktur bölmələri ilə fəaliyyətlərini əlaqələndirir.
  • İdarə Heyətinin strateji inkişaf ilə əlaqədar ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Namizədə tələblər:

  • Ali iqtisadi və ya biznes təhsili;
  • Ən azı 3 il strateji planlaşma və ya biznes proseslərin idarə edilməsi sahəsində bank təcrübəsi;
  • Azərbaycan, rus, türk və ingilis dil bilikləri;
  • ünsiyyət qurma bacarığı;
  • satış bacarığı;
  • yaradıcılıq bacarığı
  • strateji düşünmə və analitik təhlil bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12.09.2016-cı il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Biznesin inkişafı departamentinin direktoru) qeyd edilməsi xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et