Biznesin İnkişafı Departamenti / Birbaşa satışlar və müştəri münasibətlərinin idarə edilməsi şöbəsi / Korporativ müştərilərin cəlb olunması bölməsi / Mütəxəssis | Banco.az
Expressbank

Biznesin İnkişafı Departamenti / Birbaşa satışlar və müştəri münasibətlərinin idarə edilməsi şöbəsi / Korporativ müştərilərin cəlb olunması bölməsi / Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Tələblər:

- Ali iqtisadi təhsil;

- Analojı sahə (bank sahəsinə təcrübəyə üstünlük verilir) üzrə 1-2 il iş təcrübəsi;

- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;

- Kompüter proqramları üzrə biliklər;

- Analitik düşüncə;

- Ünsiyyətcillik;

- Komandada işləmək bacarığı;

- İşə yaradıcı yanaşmaq və yeni ideyaları stimullaşdıra bilmək;

- İnandırıcılıq qabiliyyəti;

- Dəqiq planlaşdırma və nəzarətetmə qabiliyyəti.

Vəzifə öhdəlikləri:

- Bank tərəfindən qoyulmuş yığım planını yerinə yetirmək;

- Potensial müştərinin tapılması üzrə işlər aparmaq;

- Yeni korporativ müştəriləri şirkətə cəlb etmək (Müştərilərlə görüş almaq, görüşlər keçirmək, təkliflər hazırlamaq, müştərilərə bank məhsulları haqqında tam, dolğun, dəqiq məlumatlar vermək);

- Müştəri məmnuniyyətini təmin etmək;

- Cəlb etdiyi müştərilərin uçotunu aparmaq;

- Bankın işgüzar nüfuzunu qorumaq;

- Satış texnikalarını bilmək və tətbiq etmək;

- Rəhbərliyə gündəlik,həftəlik və aylıq satış haqqında hesabatı hazırlamaq;

- Satış təqdimatlarının məzmununun satış tipini və ticarət amilini öyrənərək tənzimlənməsi;

- Korporativ satış bazasının mütəmadi olaraq inkişaf etdirilməsi.

Müraciət etmək istəyənlər cv-lərini [email protected] email ünvanına göndərə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et