Biznes Qrupu daxilində Kiçik Analitik | Banco.az

Biznes Qrupu daxilində Kiçik Analitik

Vakansiya haqqında məlumat: 

İşin təsviri:

• Biznes Qrupunun ehtiyacları üçün araşdırmalar aparılması və məlumatların toplanması;
• Bankçılıq və Sığorta sahəsindəki strateji aktivlər və şirkətlər üçün dövrü və xüsusi hesabatların, eyni zamanda təqdimatların hazırlanması;
• Biznes qrupunun nümayəndələrinə gündəlik fəaliyyətlərində hərtərəfli yardımın göstərilməsi;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Maliyyə/ Biznesin idarəedilməsi sahəsində bakalavr dərəcəsi;
• Bank/Sığorta sahələrində minimum 1.5-2 il iş təcrübəsi;
• Excel və PowerPoint proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
• Azərbaycan və ingilis dillərində mükəmməl bilik;
• Güclü ünsiyyət bacarıqları;
• Maliyyə analizindən anlayışın olması.

Müraciət etmə qaydaları: 

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
 
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Biznes Qrupu daxilində Kiçik Analitik” qeyd olunmalıdır;
• CV-lər 6 iyul, 2017-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Şirkət: 
PASHA Holding

Ən sərfəli krediti almaq üçün müraciət et