Biznes Proseslər üzrə Analitik | Banco.az
Kapital Bank

Biznes Proseslər üzrə Analitik

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri Biznes Proseslər üzrə analitik vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Biznes proseslərin təhlili və tələblərin müəyyənləşdirilməsi;
  • Biznes proseslərin xəritəsinin hazırlanması;
  • Biznes proseslərin müəyyən edilməsi və tətbiqi;
  • Mövcud biznes proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Biznes proses üzrə Texniki tapşırığın yazılması.

Tələblər

  • İnformatika və riyazi sahədə ali təhsil;
  • C# və PL SQL proqramlaşdırma dilləri üzrə biliklər;
  • Bank sektorunda hesabatların tərtib edilməsi sahəsində iş təcrübəsi;
  • Maliyyə sahəsində iş təcrübəsi;
  • Kredit, əməliyyat və müştəri xidmətləri sahəsində iş təcrübəsi;
  • Layihələr üzrə PMO bacarıqlarının olması;
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
  • Fərdi və komanda ilə işləmək qabiliyyəti;
  • MS Visio proqramı üzrə biliklər.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində vakansiyanın adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin

Ən sərfəli krediti almaq üçün müraciət et