Biznes məhsullarının satışı şöbəsinin mütəxəssisi | Banco.az
Yelo Bank

Biznes məhsullarının satışı şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Biznes məhsullarının satışı şöbəsinin mütəxəssisi

Ümumi məlumat

Biznesin və satışın inkişaf etdirilməsində rol oynayacaq mütəxəssislər axtarırıq. Satışın inkişaf etdirilməsi üzrə mütəxəssisinin işi potensial müştərilərlə əlaqə yaradaraq və mövcud əlaqələri daim inkişaf etdirərək yeni biznes fürsətlərini tapmaq və bu fürsətlərin layihələndirilməsində  və inkişaf etdirilməsində rol almaqdır. 

Öhdəliklər

• Marketinq kampaniyalarından satış imkanlarının əldə edilməsi; 
• Bankın potensial müştəriləri ilə əlaqə yaratmaq və əlaqələri daim inkişaf etdirmək,
• Banka potensial müştəriləri cəlb etmək;
• Bankı potensial müştərilərə təqdim etmək; 
• Müştəri ehtiyaclarını müəyyən etmək və müvafiq məhsul / xidmətlər təklif etmək;
• Müştərilərlə uzunmüddətli etibarlı münasibətlər qurmaq;
• Bazarda daim yeni biznes imkanları axtarmaq;
• Potensial/perspektivli müştərilər ilə əlaqədar struktur rəhbərlərini görüşdürmək; 
• Struktur bölmə rəhbərinə (həftəlik / aylıq / rüblük) satış nəticələrini təqdim etmək;
• Bazarda yeni məhsullar, xidmətlər və yeni qiymətlər barədə daim məlumatlı olmaq.

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil 

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Tələblər

• Ali təhsil;
• Yaşayış yeri – Bakı, Sumqayıt şəhərləri;
• Azərbaycan, rus dillərini mükəmməl bilməli və ingilis dilini bilənlərə üstünlük verilir;
• Hər hansı bir biznesin inkişafında aktiv rol almış satış sahəsində 2-3 il iş təcrübəsi; 
• Satış texnikalarına hakim olmaq; 
• MS Excell və MS Word işləmək bacarığı;
• Yüksək ünsiyyət və müzakirə bacarığı;
• Təqdimat bacarığı;
• Bank və sığorta (satış üzrə) sahələrində çalışmış əməkdaşlarına üstünlük verilir;
• Sürücülük vəsiqəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Biznes məhsullarının satışı şöbəsinin mütəxəssisi) qeyd edərək,  [email protected] elektron ünvanına göndərə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et