Biznes Kreditləri Şöbəsi Müdiri | Banco.az

Biznes Kreditləri Şöbəsi Müdiri

Vakansiya haqqında məlumat: 

İnkişaf üçün Maliyyə” MMC bank olmayan kredit təşkilatı BAKI filialı BİZNES KREDİTLƏRİ ŞÖBƏSİ MÜDİRİ vəzifəsinə seçim üçün elan edir.

Tələblər:

• İqtisadiyyat, biznesin idarəedilməsi, maliyyə menecmenti və ya müvafiq sahələrdən birində ali və ya peşəkar təhsil;
• Maliyyə təşkilatında ən azı 2 (iki) il müddətində biznes kreditlərinin verilməsində və  idarəetməsində təcrübə;
• Biznes və sahə risklərinin proqnozlaşdırılması, müəyyən edilməsi, qarşısının alınması üçün təkliflər hazırlamağa kifayət edəcək bilik və təcrübəsi;
• Biznes və planlama, işçi heyətinin idarə edilməsi üzrə bilik və təcrübə;
• İdarəetmə İnformasiya Sistemlərində (İİS) işləmək bacarıqları;
• Bank və maliyyə qanunvericiliyi, kredit fəaliyyəti ilə əlaqədar qanunvericiliyi və müvafiq normativ aktları haqqında bilik;
• Yüksək səviyyədə konkret vəzifələri və bir neçə tapşırığı eyni vaxtda və dəqiq idarə etmək və konkret müddətdə işi çatdırmaq bacarığı;
• Mükəmməl şəxslərarası ünsiyyət və münasibət bacarığı, komanda işində iştirak və öz yerini müəyyən etmək bacarığı, özünəinam və təşəbbüs nümayişi;
• Əla Azərbaycan dili biliyi; ingilis və/və ya rus dillərindən birində normal yazı və danışıq bacarıqları.

Kredit Şöbə Müdirinin əsas işləri aşağıdakıları keyfiyyətli təşkil etməkdir:

• Filialın kredit şöbəsinin fəaliyyətini idarə etmək;
• Kredit fəaliyyətinə rəhbərliyi həyata keçirmək və portfelin keyfiyyətlə idarə edilməsini təmin etmək;
• Təşkilatın hədəflərinə uyğun olaraq kredit fəaliyyətinin genişlənməsini həyata keçirmək;
• Filialda problemlərin, risklərin idarə edilməsi və həlli yollarını araşdırmaq;
• Kreditlərin verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq.

Xüsusi Qeydlər:

1. Ərizələrin (CV-lərin) qəbulu 30 APREL 2014-cü il tarixinədək davam edir.
2. Ərizələri [email protected] ünvanına göndərin.
3. Ərizələri e-poçt ünvanımıza göndərərkən mövzu yerinə müvafiq rayon üzrə "filialda kredit şöbə müdiri vakansiyası" yazmağınız xahiş olunur.
4. Əlaqə üçün şəxs: Günay Rzayeva, İnsan Ehtiyatları Meneceri

Şirkət: 
İnkişaf üçün Maliyyə MMC

Ən sərfəli krediti almaq üçün müraciət et