Biznes Kreditəri Şöbəsinin Müdiri (Ağcabədi filialı) | Banco.az

Biznes Kreditəri Şöbəsinin Müdiri (Ağcabədi filialı)

Vakansiya haqqında məlumat: 

“İnkişaf üçün Maliyyə” MMC bank olmayan kredit təşkilatı Ağcabədi filialı BİZNES KREDİTLƏRİ ŞÖBƏSİNİN MÜDİRİ vəzifəsinə seçim üçün elan edir.

Tələblər:

• İqtisadiyyat, biznesin idarəedilməsi, maliyyə menecmenti və ya müvafiq sahələrdən birində ali və ya peşəkar təhsil;
• Maliyyə təşkilatında ən azı 2 (iki) il müddətində biznes kreditlərinin verilməsində və  idarəetməsində təcrübə;
• Biznes və sahə risklərinin proqnozlaşdırılması, müəyyən edilməsi, qarşısının alınması üçün təkliflər hazırlamağa kifayət edəcək bilik və təcrübəsi;
• Biznes və planlama, işçi heyətinin idarə edilməsi üzrə bilik və təcrübə;
• İdarəetmə İnformasiya Sistemlərində (İİS) işləmək bacarıqları;
• Bank və maliyyə qanunvericiliyi, kredit fəaliyyəti ilə əlaqədar qanunvericilik və müvafiq normativ aktlar haqqında məlumatlı olmaq;
• Yüksək səviyyədə konkret vəzifələri və bir neçə tapşırığı eyni vaxtda və dəqiq idarə etmək və konkret müddətdə işi çatdırmaq bacarığı;
• Mükəmməl şəxslərarası ünsiyyət və münasibət bacarığı, komanda işində iştirak və öz yerini müəyyən etmək bacarığı, özünə inam və təşəbbüs nümayişi;
• Əla Azərbaycan dili biliyi. Rus və ya ingilis dillərinin birində normal başa düşmək səviyyədə bilik əlavə üstünlük verəcəkdir.

Kredit  Şöbə Müdirinin əsas işləri aşağıdakıları keyfiyyətli təşkil etməkdir:

• Filialın kredit şöbəsinin fəaliyyətini idarə etmək;
• Kredit fəaliyyətinə rəhbərliyi həyata keçirmək və portfelin keyfiyyətlə idarə edilməsini təmin etmək;
• Təşkilatın hədəflərinə uyğun olaraq kredit fəaliyyətinin genişlənməsini həyata keçirmək;
• Filialda problemlərin, risklərin idarə edilməsi və həlli yollarını araşdırmaq;
• Kreditlərin verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq.

Ağcabədi rayonu:      

“İnkişaf üçün Maliyyə” MMC-nin filialı   E-poçt: [email protected]

Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə prospekti 355  Faks:  (994 12) 492 77 63 (11)  
(Müəllimlər İnstitutunun yanı)   

Xüsusi Qeydlər:

1. Ərizələrin (CV-lərin) qəbulu 07 avqust 2014-cü il tarixinədək davam edir.
2. Ərizələri e-poçt ünvanımıza göndərərkən mövzu yerinə müvafiq rayon üzrə "Ağcabədi filialında kredit şöbəsinin müdiri" yazmağınız xahiş olunur. Əks halda Ərizələrə (CV-lərə) baxılmayacaq.
3. Ərizələrdə (CV-lərdə) sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.
4. Əlaqə üçün şəxs: Günel Səlimova, İnsan Ehtiyatları Meneceri v.i.e.

Şirkət: 
İnkişaf üçün Maliyyə MMC

Ən sərfəli krediti almaq üçün müraciət et