Biznes kredit işçisi (Sumqayıt və Xaçmaz) | Banco.az

Biznes kredit işçisi (Sumqayıt və Xaçmaz)

Vakansiya haqqında məlumat: 

 “TCF” Bank olmayan kredit təşkilatı ASC Sumqayıt və Xaçmaz şəhərlərində yerləşən filialları üçün Biznes kredit işçisi vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Yeni müştərilərin cəlb edilməsi üçün aktiv marketinq təbliğatının həyata keçirilməsi və müştərilərə təşkilatın kredit məhsullarına dair məlumatın verilməsi;
  • Müraciət ərizələrinin qəbulu, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlili, ödəmə qabiliyyətinin müəyyən edilməsi;
  • Müraciətlərin kredit komitəsinə təqdim edilməsi və müdafiəsi;
  • Kredit portfelinin formalaşdırılması və idarə edilməsi;
  • Kredit layihələri üzrə risklərinin qiymətləndirilməsi;
  • Müvafiq hesabatların hazırlanması:
  • Müştərilərin geri ödənişlərinə nəzarət;

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil (idarəetmə, maliyyə, biznes və s. iqtisadi sahələr üzrə);
  • Kredit sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Müştərilərlə davranış etikası.

Lizinq, bank və ya bank olmayan kredit təşkilatında kredit mütəxəssisi vəzifəsində çalışan namizədlərə üstünlük veriləcəkdir.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Biznes kredit işçisi Sumqayıt və Xaçmaz) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvanlara təqdim edilə bilər:

Baş İdarə

Ünvan: Bakı şəh., Binəqədi Rayonu, Ə. Naxçıvani, ev 3066-cı məhəllə

“Sumqayıt” filialı

Ünvan: Sumqayıt şəh., M.Əsədov, 53-cü məhəllə

“Xaçmaz” filialı

Ünvan: Xaçmaz ray., H.Z.Tağıyev, 35A

Faks: (99412) 563 23 27

Şirkət: 
“TCF” Bank olmayan kredit təşkilatı

Ən sərfəli krediti almaq üçün müraciət et