Bazar risklərinin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis | Banco.az
ABB

Bazar risklərinin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

    

“ABB” ASC  Bazar risklərinin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bankın aktiv və passiv strukturunda baş verən dəyişikliklərin təhlil edilməsi
 Bankın valyuta risklərinə dair hesabatların hazırlanması
 Bankın likvidlik risklərinə dair hesabatların aparılması
 Bankın faiz risklərinə dair hesabatların qurulması
 Mütəmadi olaraq bazar və likvidlik risklərinin monitorinqinin həyata keçirilməsi, yeni risk limitlərinin hesablanması və mövcud risk limitlərinin uyğunluğuna nəzarət edilməsi, həmçinin müəyyənləşdirilmiş və potensial risklərin minimallaşdırılması barədə təkliflər verilməsi

Vakant vəzifə üzrə tələblər:

 İqtisadiyyat və ya maliyyə istiqaməti üzrə ali təhsil
 Bank sahəsində minimum 2 il iş təcrübəsi
 Bazar və likvidlik risklərinin idarə edilməsi barədə AR Mərkəzi Bankının və Azərbaycan Respublikasının MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olmaq
 CFA və FRM üzrə sertifikat sahibləri və bu imtahan üzrə mərhələ keçənlərə əlavə üstünlük veriləcəkdir
 Azərbaycan və ingilis dillərini mükəmməl bilmək
 MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində  iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  01 İyun 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Bazar risklərinin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et