Baş proqramçı | Banco.az
Rabitəbank

Baş proqramçı

Vakansiya haqqında məlumat: 

“Rabitabank” ASC İT departamentinin Proqram təminatı şöbəsinə baş proqramçı vəzifəsinə işə qəbul elan edir.

Azərbaycanın ilk özəl banklarından biri və 24 illik tarixə malik olan “Rabitəbank” ASC ölkədə dayanıqlılığı və etibarlılığı ilə fərqlənən iri Banklar sırasındadır. Bu fərqliliyin təməlini qoymaqda isə Bank əməkdaşlarının əvəzsiz rolu olmuşdur. Bu yolda yorulmadan səy göstərən peşəkar kollektivimizlə fəxr edir, Sizi də bu kollektivdə görmək ümidi ilə “Rabitəbank”ın mehriban kollektivinə və maraqlı korporativ həyatına qoşulmağa dəvət edirik.

 

Vəzifə öhdəlikləri:

 

  • Bank və maliyyə hesabatlarının hazırlanması;
  • Mövcüd hesabatlara dəstək;
  • Cari proyektlərin təkmilləşdirilməsi;
  • Departamentin əməliyyat planı ilə uyğun gələn göstəriş və tapşırıqların, bilavasitə rəhbərini məlumatlandırmaqla icra olunması.

 

 

Namizədə qarşı tələblər:

 

  • Müvafiq sahədə (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.) ali təhsilli olmalı;
  • Tələb olunan sahə üzrə ən az 2 il iş təcrübəsi olmalı (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir);
  • Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmalı, həmçinn ingilis və rus dili biliklərinin olması (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması);
  • Delphi, Oracle, PL/SQL, Ms Office proqramları üzrə bilikləri olmalı;
  • Bank və maliyyə sahəsində biliklərə malik olması arzuolunandır.

 

Davranış səriştələri:

 

  • Analitik düşünmə qabiliyyəti, böyük baza ilə işləmək qabiliyyəti;
  • Komandada işləmək bacarığı.
  • Diqqətlilik, operativlik, məsuliyyətlik və punktuallıq kimi müsbət göstəricilərə malik olmalı;

 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

 

Ən sərfəli krediti almaq üçün müraciət et