Baş Ofisi üçün Məhsul və Proseslərin Hazırlanması üzrə Menecer | Banco.az
FINCA Azerbaijan

Baş Ofisi üçün Məhsul və Proseslərin Hazırlanması üzrə Menecer

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisi üçün Məhsul və Proseslərin Hazırlanması üzrə Menecer vəzifəsinə axtarış elan edir. Məhsul və Proseslərin Hazırlanması üzrə Menecer (MPHM) yeni məhsulların hazırlanmasına və mövcud məhsulların nəzərdən keçirilməsinə, eləcə də məhsulların səmərəliliyinə nəzarət etmək və bununla əlaqədar hesabat verməyə məsuldur. MPHM həmçinin kreditvermə proseslərinin müntəzəm dəyərləndirilməsini keçirməyə və təkmilləşdirilməsinə dair təkliflər verməyə görə də məsuliyyət daşıyır. O, yeni məhsulların və proseslərin tətbiq edilməsində Baş Əməliyyat Rəhbərinə dəstək verir. MPHM həmçinin əməliyyat şöbəsi nəzdində müxtəlif layihələrin icrasına cəlb edilir. Baş Əməliyyat Rəhbərinin tabeçiliyi altında işləyir.

“FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

 

 

Vəzifə öhdəlikləri:

  •          Yerli bank və mikro maliyyə bazarındakı inkişafı müntəzəm monitorinq etmək;
  •          Marketinq şöbəsinin köməkliyi ilə əsas rəqib müəssisələrin məhsullarına dair yenilənmiş məlumatları toplamaq;
  •          Marketinq şöbəsinin köməkliyi ilə əsas rəqib müəssisələrin kreditvermə proseslərinə dair yenilənmiş məlumatları toplamaq;
  •          BƏR ilə birlikdə kredit məhsullarının dəyişdirilməsi və yaradılmasına olan ehtiyacları müəyyən etmək;
  •          Məhsulu real bazar şəraitində yoxlamaq və tədricən məhsulun satışını genişləndirmək;
  •          Məhsulun yaradılması prosesinin ilkin mərhələsində və sonrakı dövrlərdə bütövlükdə təşkilatın iştirakını, marağını təşviq etmək;
  •          Marketinq şöbəsi ilə birlikdə məhsulun təşviqat kompaniyasının təşkilində iştirak etmək;
  •          Kredit məhsullarının qəbul edilməsində işçilərə yardım etmək;
  •          Müəyyən göstəricilər əsasında kredit məhsullarının səmərəliliyini müəyyən etmək;
  •          Məhsulların gəlirliliyini maliyyə şöbəsi ilə birlikdə izləmək;
  •          Müntəzəm olaraq əməliyyatlarla bağlı təkmilləşdirilməli sahələri müəyyən etmək və dəyişikliklərin keçirilməsinə rəhbərlik etmək;
  •          Məhsulun effektiv satışı üçün işçilərə zəruri təlimləndirmə və həvəsləndirmənin olmasını təmin etmək;
  •          Əməliyyatlarla bağlı digər layihələrdə iştirak etmək;
  •          Yeni ideyaların həyata keçirilməsində BƏR-ə yardımçı olmaq.

Yalnız aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:

  •          İqtisadiyyat üzrə ali təhsil. Maliyyə, biznes yaxud iqtisadiyyat üzrə magistr dərəcəsinin olmasına üstünlük verilir;
  •          Bank və /və ya maliyyə institutlarında orta və ali rəhbər vəzifələrdə geniş təcrübəyə malik olmaq;
  •          Kreditvermə üzrə yüksək bilik. Bank sahəsində təcrübəsi olanlara üstünlük verilir;
  •          Təlim və təqdimat hazırlamaq və keçirmək bacarığı;
  •          Maliyyə təşkilatının filial və bölmələrini idarə etmək bacarığı;
  •          Əla hesabat yazmaq bacarığı;
  •          Yaxşı analitik və təşkilati bacarıqlar;
  •          Əla ünsiyyət bacarığı;
  •          Yüksək kompüter bilikləri;
  •          Azərbaycan dilində səlis danışmaq. İngilis yaxud rus dillərindən hər hansı birində səlis danışmaq tələb olunur.

 

 

 

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

 

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV)  11 Dekabr 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№806/14) qeyd etməklə göndərə bilərsiniz.

 

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

 

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

 

Bakı şəhəri, C.Cabbarlı küç., 44, Caspian PLAZA, III-cü bina, 8-ci mərtəbə. Faks: (99 412) 596 33 87

 

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

 

Ən sərfəli krediti almaq üçün müraciət et