Baş mütəxəssis | Banco.az
AFB Bank

Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

Maliyyə Departamenti

Vəzifə: Baş mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

•             Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı;

•             Mərkəzi Bankın və Palatanın normativ aktları haqqında nəzəri biliklər;

•             Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dili bilikləri üstünlük hesab olunur);

•             Excel-i yüksək dərəcədə bilmək (proqramlama dillərində biliklər üstünlük hesab olunur);

•             Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir (məs. ACCA);

•             Palatanın və Mərkəzi Bankın hesabatlarının hazırlanması ilə bağlı iş təcrübəsinin olması;

•             SQL Server və Oracle sistemlərində və C++ proqramlama dilində iş təcrübəsinin olması arzuolunandır;

•             Orta ixtisas və ya ali təhsil;

•             Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

•             Yüksək qavrama və öyrənmə qabiliyyəti;

•             İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

•             Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq.

 

İŞİN TƏSVİRİ:

•             Bankın bütün struktur bölmələrindən və filiallarından statistik məlumatların qəbul olunması (toplanması), emalı, icmallaşdırılması və bu məlumatlar əsasında Bankın maliyyə təhlilinin aparılması;

•             Bankın fəaliyyəti barədə gündəlik, aylıq, rüblük və illik hesabatların hazırlanması;

•             Məlumat bazasının (DB) yaradılması və mütəmadi olaraq orada yerləşən məlumatların yenilənməsi;

•             Məlumat bazasından istifadə edərək hesabatların hazırlanması.

Bu keçidə daxil olaraq CV göndərə bilərsiniz

https://afb.az/az/vacancy/17

Ən sərfəli krediti almaq üçün müraciət et