Baş mühasibin müavini | Banco.az
Rabitəbank

Baş mühasibin müavini

Vakansiya haqqında məlumat: 

"Rabitabank" ASC  Mühasibatlıq departamentinə, Baş mühasibin müavini vəzifəsinə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Vəzifə öhdəlikləri:

  • Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına və Vergi orqanlarına təqdim olunan hesabatların hazırlanması;
  • Departamentin işçiləri tərəfindən aparılan mühasibat yazılışlarının yoxlanılması və təsdiqlənməsi;
  • Əməliyyat günü ərzində balansın açılması və bağlanmasının təmin edilməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması;
  • İşçilərə ödənilən əmək haqqının, habelə digər ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Zərurət yarandıqda beynəlxalq audit şirkətləri ilə işləməsi;
  • Strukturun fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi və s.

  Namizədə qarşı tələblər: 

  • Ali təhsilli olması (iqtisadiyyat və maliyyə sahəsi arzuolunandır);
  • Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük verilir;
  • Banklar haqqında qanunvericiliyə müvafiq olaraq məqbul və lazımi keyfiyyətlərə malik olması;
  • Bank mühasibatlığında ən azı 5 illik iş təcrübəsinin olması;
  • Vergi və bank fəaliyyətini tənzimləyən qanunvericiliyin tələblərini yüksək səviyyədə bilməsi.

  Davranış səriştələri: 

  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Öz-üzərində işləməyə və şəxsi inkişafına meyilli olması
  • Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
  • Təşəbbüskarlıq, operativlik və məsuliyyətlilik kimi mübət keyfiyyətlərə malik olması.

 

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.  Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

Telefon: +994 12 598 44 88    

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et