Baş mühasib | Banco.az

Baş mühasib

Vakansiya haqqında məlumat: 

BOKT "Embafinans" MMC aşağıda qeyd olunanlar üzrə  "Baş mühasib" vəzifəsi üçün vakansiya elan edir: 

Əsas vəzifə və öhdəliklər:

  • Büdcə hazırlanması və icrasına nəzarət;
  • Mövcud olan qanunvericiliyə, Mərkəzi Bankın təlimatlarına və müəssisənin daxili prosedurlarına uyğun  maliyyə nəticələrinin uçotunun təşkil edilməsi;
  • Kredit portfelinə maliyyə nəzarətinin təmin edilməsi;
  • Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Mərkəzi Bank hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Banklarla qarşılıqlı əməkdaşlığın təmin edilməsi;
  • İşçilərlə hesablaşmaların təmin edilməsi;
  • Daxili və kənar auditorlarla işin təşkili; 

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

  • Ali iqtisadi təhsil;
  • Yaş həddi  25-40
  • Bank və ya kredit təşkilatlarında ən az 3 il baş mühasib, yaxud baş mühasibin müavini vəifələrində iş təcrübəsi
  • Beynəlxalq Mühasibat Uçotu Standartları və Milli Mühasibat Uçotu Standartlarına dair bilikləri;
  • 1C və LW proqram təminatları ilə işləmə bacarığı;
  • Ünsiyyət qurma və danışıqlar aparmaq bacarıqları;

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume)  [email protected] ünvanına göndərə bilərlər.

Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq. Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.

İş qrafiki: 5 gün / saat 09.00-18.00

Şirkət: 
BOKT "Embafinans" MMC

Ən sərfəli krediti almaq üçün müraciət et