Baş kassir (Bakı və Sumqayıt şəhərləri) | Banco.az
Expressbank

Baş kassir (Bakı və Sumqayıt şəhərləri)

Vakansiya haqqında məlumat: 

Tələblər:

  • Ali təhsil; 
  •  Kassada (bank sahəsinə təcrübəyə üstünlük verilir) üzrə 3 ilə qədər iş təcrübəsi; 
  •  Azərbaycan və rus dillərində səlist danışıq bacarığı; 
  •  Böyük məbləğdə nağd vəsaitlə işləmək bacarığı; 
  •  Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı. 

Vəzifə öhdəlikləri: 

  •  Kassa əməliyyatlarının Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun aparılması; 
  •  Gün ərzində kassadan keçmiş bütün sənədlərə nəzarət; 
  •  Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması; 
  •  Balansdankənar bütün sənədlərin və qiymətlilərin hesablanması; 
  •  Filialların kassalarına nağd vəsaitlərin, sənədlərin, qiymətlilərin göndərilməsi və qəbulu; 
  •  Bankomatlar üçün pul vəsaitlərinin hazırlanması və inkassatorlara bankomatların yüklənməsi üçün pulların verilməsi; 
  •  Nağd vəsaitlərin çeşidlənməsi, qruplaşdırılması. 

QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək. 

Ən sərfəli krediti almaq üçün müraciət et