Baş hüquqşünas | Banco.az
Bank BTB

Baş hüquqşünas

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Baş hüquqşünas vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

1.    Bank tərəfindən müqavilələrin hazırlanmasında iştirak edir;

2.    Bankın adından bağlanılan bütün növ əqdlərin standart formalarını hazırlayır, onlara əlavə və dəyişiklikləri edir;

3.    Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırır .

4.    Bank tərəfindən bağlanılarn müqavilələrə rəy verir;

5.    Bankın fəaliyyətində yol verilən qanun pozuntusu ilə bağlı daxil olan şikayət, ərizə və digər müraciətlərə baxır;

6.    Bankın fəaliyyətində yaranan hüquqi məsələlər ilə bağlı rəylər verir və hüquqi yardım göstərir;

7.    Dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərə baxılmasında bankın maraqlarını təmsil edir;

8.     Bankın fəaliyyətində qanunçuluğun təmin edilməsində və onun qanuni  maraqlarının müdafiə edilməsi üzrə departamentin işində iştirak edir;

9.     Bank üçün hüquqi əhəmiyyətli nəticələr yaradan bütün sənədlərin  hüquqi ekspertizasını aparır;

10.   Müştərilərin yazılı və şifahi müraciətlərinin müvafiq normativ aktda    göstərilən müddətdə və qaydada toplayır, baxır və cavablandırır;

  1. Baxılan müraciətlərə dair statistikanı aparır və ümumiləşdirir;

12.   Müştərilərin hüquqlarının, qanuni mənafelərinin və etik davranış qaydalarının pozulması hallarının aşkarlarlanması üçün araşdırmalar aparır;

13.   Müştərilərin müraciətləri ilə əlaqədar Mərkəzi Bankın sorğularını araşdırır və cavablandırır;

14.   Müraciətlərin reyestrdə qeydiyyatını aparır

15.   Müştəri müraciətlərinin əsas səbəblərinə dair statistikanın  aparılmasının nəticələri barədə Departament direktoruna hesabatlar təqdim edir;

16.   Müştərilərin hüquqlarının, qanuni mənafelərinin qorunması və etik davranış qaydalarında çatışmazlıqların aradan qaldırılması istiqamətində Departament direktoruna müvafiq təkliflər hazırlayır.

Namizədə tələblər:

  • ali hüquqi təhsil;
  • bank və digər kredit təşkilatlarında hüquq sahəsində ən azı 2 il təcrübə;
  • dəqiqlik bacarığı;
  • hüquqları müdafiə edə bilmə bacarığı; məsləhət vermək bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  30.04.2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş hüquqşünas)  göstərməyiniz xahiş olunur.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et