Baş əməliyyatçı | Banco.az
Rabitəbank

Baş əməliyyatçı

Vakansiya haqqında məlumat: 

Müştəri xidməti strukturuna "Baş əməliyyatçı" Şirvan filialı

Əsas vəzifələr:

*       Filialın əməliyyat bölməsinin işini koordinasiya etmək və əməkdaşların fəaliyyətinə nəzarət etmək;

*       Qanunvericiliyə və bankdaxili normativ sənədlərin tələblərinə əsasən müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;

*       Filialın Fiziki və hüquqi şəxslərin hesabları üzrə əməliyyatların aparılmasını təmin etmək;

*       Müştəri ehtiyacının analizini və çarpaz satışları həyata keçirmək;

*       Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq icrasını təmin etmək;

*       Filialın əməliyyat bölməsinin işinin təkmilləşdiriməsinə dair təklifləri vermək

 

Namizədə olan tələblər:

*       Ali təhsil (iqtisadi olması arzuolunandır)

*       Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi

*       Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktları bilməsi

*       Rəhbərlik və idarəetmə bacarığı;

*       Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti

*       Riyazi biliklərə və analitik düşüncəyə malik olması

*       Yüksək kommunikasiya və təqdim etmə bacarığı

*       Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, digər xarici dil arzuolunandır

*       Təşəbbüskarlıq və məsuliyyətlilik kimi müsbət keyfiyyətlərə malik olması

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş əməliyyatçı) göstərməyiniz xahiş olunur. 

Ən sərfəli krediti almaq üçün müraciət et