Baş əməliyyatçı | Banco.az
Rabitəbank

Baş əməliyyatçı

Vakansiya haqqında məlumat: 

Baş əməliyyatçı/ Bakı şəhəri

Əsas vəzifələr:

  • Qayda və təlimatlara uyğun olaraq müştərilərin müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
  • Müştərilərin xidmət və məhsullara dair ehtiyaclarının müəyyən edilərək, onların  tələblərinə yönəldilmiş məhsul çeşidlərinin təklif edilməsi;
  • Əmanət hesabı, kommunal ödəniş, sürətli pul köçürmələri, mobil ödənişləri və digər əməliyyatların aparılmasını həyata keçirilməsi; 
  • Qanunvericiliyə uyğun olaraq, xidmət etdiyi fiziki şəxslərin hesablarının qalıqları və hesabları üzrə əməliyyatlar  barədə müvafiq orqanlara arayışların hazırlanması ;
  • Öz vəzifələrinin icrasına dair müxtəlif hesabatların hazırlanması;
  • Vergi, məhkəmə, DSMF və digər icra orqanları tərəfindən qoyulmuş sərəcamların icrasına nəzarət edilməsi;
  • Bankda keçirilən layihə, tədbir və aksiyaların filialda koordinasiya edilməsi;
  • Müvafiq strukturlar tərəfindən tələb edilən sorğuların cavablandırılmasının təmin edilməsi;
  • Filialın xəzinəsinin açılıb bağlanılmasında iştirak edilməsi;
  • Filialdaxili arxiv işinin aparılmasının təmin edilməsi.

Namizədə olan əsas tələblər:

  • Ali təhsil (maliyyə - iqtisad sahəsi üzrə arzuolunandır)
  • Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini mükəmməl bilməsi (ingilis dili arzuolunandır);
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması;
  • Yüksək kommunikasiya və problemləri həll etmə bacarıqlarına sahib olması;
  • Banklarda əməliyyatların aparılmasına dair AR Mərkəzi Bankın normativ sənədlərin norma və tələblərinin bilməsi

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-lərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Vakansiya ilə əlaqədar müraciət edən şəxslərin qeyd edilən e-mail ünvanına CV ilə birlikdə öz portfoliolarını da göndərmələri mütləqdir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş əməliyyatçı) göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et