Bankomat və POS terminallarla iş üzrə stajçı mütəxəssisi/ baş mütəxəssisi | Banco.az
Xalq Bank

Bankomat və POS terminallarla iş üzrə stajçı mütəxəssisi/ baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Vəzifə: İnformasiya texnologiyaları İdarəsinin şəbəkə infrastrukturu şöbəsinin Bankomat və POS terminallarla iş üzrə stajçı mütəxəssisi/ baş mütəxəssisi

Əmək haqqı: (1280 AZN-dən 2980 AZN-dək)

Vəzifə : İnformasiya texnologiyaları idarəsinin şəbəkə infrastrukturu şöbəsinin stajçı mütəxəssisi, kiçik mütəxəssisi, mütəxəssisi, aparıcı mütəxəssisi, böyük mütəxəssisi, baş mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00/ Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali magistr təhsili (Texniki ixtisaslara üstünlük verilə bilər);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək ( rus və ingilis dillərini bilmək arzuolunandır);
• Xüsusi bank avadanlıqları, o cümlədən, bankomat və POS-terminallarla, Cisco istehsalı olan marşrutizator və kommutatorlarla iş təcrübəsi arzuolunandır;
• TCP/İP və OSİ modelleri, marşrutlaşdırma, kommutasiya və şəbəkə təhlükəsizliyi prinsipləri haqqında fundamental biliklər;
• Cisco sertifikatların mövcudluğu (CCENT və ya CCNA arzuolunandır);
• Korporativ infrastruktur, o cümlədən, şəbəkəyə qoşulma, İnternet rabitəsi, elektron poçtla əlaqəli məsələlərlə məlumatlı olmaq;
• Korporativ qlobal şəbəkənin idarə olunması ilə bağlı məsələlərlə  məlumatlı olmaq;
• Sürücülük vəsiqəsi ;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

İŞİN TƏSVİRİ:

• Bankomatlarla iş, Wincor, NCR tipli bankomatların texniki təminatı;
• Avadanlıqlarda olan nasazlıqların aradan qaldırılması;
• Modul və periferik avadanlıqların profilaktikası və dəyişdirilməsi;
• Mütəmadi olaraq sistem və şəbəkə elementlərinin fəaliyyətinə nəzarət edilməsi ;
• İnfrastruktur təhlükəsizliyinə və prinsiplərinə əməl edilməsi.

Əlaqə vasitələri :

E - mail :  [email protected]
Telefon: (012) 404 43 39
Faks:  (012) 404 43 34

Ən sərfəli krediti almaq üçün müraciət et