Bankdaxili normativ sənədlərin hazırlanması və bank proseslərinin metodologiyası üzrə Mütəxəssis | Banco.az
ABB

Bankdaxili normativ sənədlərin hazırlanması və bank proseslərinin metodologiyası üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

“ABB” ASC  Bankdaxili sənədlərin hazırlanması və korporativ bank proseslərinin metodologiyasının hazırlanması üzrə Mütəxəssis və ya Aparıcı Mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bankın fəaliyyətini tənzimləyən daxili normativ sənədləri hazırlamaq, yenidən baxmaq, yeniləşdirmək;
 Daxili korporativ sənədlərin hazırlanması üzrə daxili standartları və metodologiyarı hazırlamaq; 
 Biznes prosesləri sənəd üzərində yazılı formada qeydiyyata almaq;
 Mövcud daxili normativ sənədlərin təkmilləşməsi istiqamətində təkliflər vermək;
 Bankın idarəetmə orqanlarının işinin təşkili və iclas protokollarının hazırlanması, rəsmiləşdirilməsi və qeydiyyatına nəzarət.

Vakant vəzifə üzrə tələblər:

 Ali  təhsil (Hüquq üzrə təhsil arzuolunandır);
 MS Office  proqramlarında işləmək bacarığı;
 Azərbaycan və rus dillərində səlis yazı və danışıq bacarığı, ingilis dili üstünlükdür;
 Bank sahəsində təcrübə vacibdir, hüquq üzrə 1-3 illik iş təcrübəsi və filiallarda əməliyyat/nəzarət sahəsində təcrübənin olması üstünlük hesab edilir.

Şəxsi keyfiyyətlər:

 Problemləri həll etmə bacarığı;
 Təşkilatçılıq bacarığı;
 Təqdimat bacarığı;
 Vaxtın idarəedilməsi;
 Yazılı və şifahi ünsiyyət bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

• Ümumi və əsas idarəetmə prosesləri ilə yaxından tanışlıq;
• Bank sahəsində  iş proseslərini dərindən öyrənmə imkanları;
• Sistem quruculuğu istiqamətində yeni və faydalı təcrübə;
• Normativ yaradıcılıq və yazı bacarıqlarının inkişafı;
• İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
• Bankın aparıcı çoxfunksiyalı struktur bölmələrindən olan İnsan resurslarının idarə edilməsi və təşkilati işlər departamentində bütün bankdaxili strukturlarda yeni və geniş əlaqələr, zəngin təcrübə, fərdi inkişaf və növbəti karyera irəliləyişləri;
• Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  22 avqust  2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “(Bankdaxili normativ sənədlərin hazırlanması və bank proseslərinin metodologiyası üzrə namizəd)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et