Bank kartları şöbəsinin mütəxəssisi | Banco.az
Bank BTB

Bank kartları şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Bank “BTB” ASC Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi 

İş barədə məlumat:

  1. Azərikarddan gələn kartların və ŞEN-zərflərin kassa, MXD və filiallara təhvil verilməsi;
  2. İtirilmiş və müddəti bitmiş kartların sistemdə bağlanması;
  3. ŞEN-kodu bloka düşmüş kartların aktivləşdirilməsi;
  4. Kartlara SMS-məlumatlandırma xidmətinin aktiv və ya deaktiv edilməsi;
  5. Bankomatların sistemdə qeydiyyatını aparır, ortaya çıxan problemlərin həlli üçün şöbə rəhbərinə müraciət edir;
  6. POS-terminalların proqram təminatı ilə yüklənərək həmin ticarət müəssisələrində quraşdırılmasını, mütəmadi olaraq monitorinqini, ticarət müəssisələrinin hesablaşma hesabından aylıq abunə haqlarının (müqavilədə nəzərdə tutulduğu halda) silinməsini həyata keçirir;
  7. Bankdaxili qaydalara əsasən kart biznesi üzrə hesabatları hazırlayır;
  8. Rəhbərliyin bu şöbəyə həvalə etdiyi digər vəzifələri   həyata keçirir.

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Namizədə tələblər: 

  • Ali iqtisadi təhsili;
  • Rus dilini bilmək;
  • Operativlik bacarığı;
  • Dəqiqlik bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində öz CV-lərini 15 fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et