Bakı ətrafı və Abşeron regionu üzrə Filial müdiri | Banco.az

Bakı ətrafı və Abşeron regionu üzrə Filial müdiri

Vakansiya haqqında məlumat: 

Vəzifəyə olan tələblər
 
- Ali təhsil olması,
- Bank və yaxud Bank Olmayan Kredit Təşkilatında ən azı 3-5 il iş stajı və idarəetmə tərcübəsi;
- Menecerlik və təşkilatçılıq qabiliyyəti, peşəkar bilik və tərcübəsi
- Filialın əməkdaşlarının vahid komanda şəkilində fəaliyyətini təşkil etmək və kollektivdə işləmək qabiliyyəti.
- Məsuliyyətli, peşəkar, tələbkar, təşəbbüskar olmaq, əməkdaşlar qarşısında vəzifələri düzgün qoymaq bacarığı və qərar qəbul etmək qabiliyyəti.
- MS Office proqramında işləmək bacarığı
- Azərbaycan və Rus dilini mükəmməl bilməyi
 
Əsas vəzifə və öhdəlikləri:
 
-    Filialın fəaliyyəti ilə bağlı təkliflər vermək;
-   Ərizəçiləri qəbul edib onlarla danışıqlar aparmaq, bizneslərini təhlil edərək potensial müştəriləri seçmək;
-   İşçi heyətinin təlimatlandırılmasında iştirak etmək;
-   Borcalanların əmlakının qiymətləndirilməsini aparmaq;
-   Filialın maliyyə analizlərini aparmaq ;
-   Yerli Kredit Komitəsində iştirak etmək;
-   Filialın kredit portfelinin keyfiyyətini idarə etmək;
-   Filialın personalını seçmək və idarə etməkdə filial ilə əməkdaşlıq etmək;
-   Borcalanların ödənişlərinin vaxtlı vaxtında aparılmasına nəzarət etmək;
-   Problemli kreditlərlə işləmək;
-   Filialın işçi heyəti və Baş Ofis arasında keyfiyyətli əməkdaşlıq qurulmasını təmin etmək və məlumat axımını düzgün əlaqələndirmək.
 
Yüksək maaş + aylıq bonus

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə  [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et