Auditor | Banco.az
AccessBank

Auditor

Vakansiya haqqında məlumat: 

 

Namizədə olan tələblər:

1. Bank sahəsində ən azı 1 il iş təcrübəsi;

2. Ali təhsil (maliyyə və ya iqtisadiyyat sahəsində);

3. Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmaq qabiliyyəti;

4. Ofis proqramları ilə sərbəst işləmək bacarığı;

5. Ünsiyyətçilik, komandada işləmək və professional inkişaf üçün yüksək potensial kimi

xüsusiyyətlərə malik olmalıdır.

 

Arzu olunan təcrübə və bilik:

1. Bankda bu kimi sahələrdə iş təcrübəsinin olması: Daxili Audit, Daxili Nəzarət, Risklərin idarə

edilməsi, Maliyyə və Hesabatlıq, Plastik Kartlar Departamenti (Kənardan müraciət edən

namizədlər üçün);

2. Yerli Bank sistemi üzrə qanunvericiliyin tələbləri ilə bağlı biliklər;

3. Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının əsasları barədə biliklər və müvafiq sertifikatların

olması (ACCA F1, F2, F3; ACCA DipIFR);

4. Daxili Audit sahəsində professional sertifikatların olması: CIA, CFSA, CISA;

5. İnformasiya Texnologiyalarının idarə edilməsi əsasları üzrə biliklər (COBIT);

 

Əsas funksiyalar:

1. Bankın biznes proseslərinin audit yoxlamalarında iştirak etmək, ehtiyac yarandıqda bankın

filiallarına getmək (Bakı və region filialları);

2. Bankın biznes proseslərinin effektiv və səmərəli təşkilinin qiymətləndirilməsində iştirak etmək;

3. Biznes proseslərinin, daxili nəzarət sisteminin və risklərin idarə edilməsinin yaxşılaşdırılmasında

audit tövsiyələri vermək;

 

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et