Audit departamentinə işçi | Banco.az

Audit departamentinə işçi

Vakansiya haqqında məlumat: 

Namizədə tələblər:
• Mühasibat uçotu, iqtisadiyyat və ya hüquq sahəsində ali təhsil;
• Maliyyə və ya sığorta sektorunda ən azı 2 illik iş təcrübə; (Sığorta şirkətində audit vəzifəsində çalışanlara üstünlük verilir.) 
• Azərbaycan əla, Rus yaxşı, İngilis yaxşı səviyyədə bilməsi;
• Mühasibat uçotu və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları haqqında biliklərə malik olmaq;
• Daxili audit prosesi haqqında biliklərə malik olması;
• Sığorta fəaliyyəti və daxili auditlə bağlı qanunvericiliyi bilməsi;
• MS Office və 1C proqramında işləmə bacarığı;
• Analitik qabiliyyət;

Vəzifə və öhdəliklər:
•Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq.
•Şirkətin siyasətləri, prosedurlar, standartlar və digər normativ sənədləri qiymətləndirmək.
•Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək. 
•Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəyləri hazırlamaq.
•Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq. 
•Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testlər aparmaq və digər tapşırıqları yerinə yetirmək. 
•Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək.
•Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq.
•Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında iştirak etmək. 
•Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq.
•Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək.

Müraciət etmək istəyənlər mövzu başlığına vəzifənin adını tam yazmaqla CV və video CV-ni [email protected] ünvanına göndərə bilərlər.

Şirkət: 
Günay Sığorta

Ən sərfəli krediti almaq üçün müraciət et