Arxivçi (Bakı) | Banco.az

Arxivçi (Bakı)

Vakansiya haqqında məlumat: 

       

Arxivçi (Bakı)

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Arxivçi vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • "KredAqro" BOKT MMC-nin Baş Ofisində kargüzarlıq/arxiv işinin aparılması;
  • Kredit sənədlərinin elektron və fayl kabinetlərdə arxivləşdirilməsini həyata keçirmək və qorunub saxlanılmasına nəzarət etmək;
  • Mərkəzi Kredit Komitəsinin iclaslarını protokollaşdırmaq və aidiyyatı üzrə filiallar ilə tanış etmək;
  • Hər il arxivə təhvil verilən və məhv edilən sənədlərin seçimini aparmaq.

Tələb olunan keyfiyyətlər:

  • Ali və ya orta ixtisas təhsili;
  • Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

İş şəraiti:

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Tələblərə cavab verən şəxslərdən CV – lərini [email protected] elektron ünvanına

Subject/Mövzu hissəsində “Arxivçi” qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Şirkət: 
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı

Ən sərfəli krediti almaq üçün müraciət et