Arxivarius | Banco.az
ABB

Arxivarius

Vakansiya haqqında məlumat: 

“ABB” ASC  Arxivarius vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  •  Bank sənədlərinin arxivə qəbul edilməsi;
  •  Sənədlərin arxivə verilməli olan formaya uyğunluğunun yoxlanılması;
  •  Arxivə qəbul edilən sənədlərin qruplaşdırılması və sistemləşdirilmiş formada saxlanılmasının təşkili;
  •  Sorğular əsasında tələb olunan sənədlərin müvafiq struktur bölmələrə təqdim edilməsi;
  •  Bank arxivin fəaliyyəti ilə əlaqədar rəhbərliyə hesabatların verilməsi.

Vakant vəzifə üzrə tələblər:

  •  Ali təhsil;
  •  Yüksək ünsiyyətqurma qabiliyyəti; 
  •  Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  •  Əla səviyyədə Azərbaycan və Rus dili biliyi.

Bu iş sizə nələri qazandıracaq:

  •  Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
  •  Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  •  Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
  •  Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  01 Mart  2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Arxivarius” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et