Aparıcı (namizəddən asılı olaraq Baş hüquqşünas) /(bank qanunvericiliyi üzrə) | Banco.az

Aparıcı (namizəddən asılı olaraq Baş hüquqşünas) /(bank qanunvericiliyi üzrə)

Vakansiya haqqında məlumat: 

DəmirBank ASC-nin Hüquq Departamentinə Aparıcı (namizəddən asılı olaraq Baş hüquqşünas) hüquqşünas (bank qanunvericiliyi üzrə) vəzifəsinə işəqəbul elan edir.

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

İşin təsviri:

• Bankın fəaliyyəti ilə bağlı kredit və təminat müqavilələrin hüquqi ekspertizasını həyata keçirərək müqavilələrə bilavasitə viza vermək;
• Rəylərin verilməsi üçün təkliflərin hazırlanmasında iştirak etmək;
• Təsərrüfat və xidmət müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və viza vermək;
• Bankdaxili təlimat, qayda və prosedurlarının ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
• Bütün Hesabların açılması üzrə sənədlərin hüquqi ekspertizasını həyata keçirərək bilavasitə viza vermək;
• Hüquqi sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə müvafiq cavabların hazırlanmasında iştirak etmək;
• Bankın bütün struktur bölmələrinə, filial və şöbələrinə hüquqi yardım göstərərək mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etmək.

Namizədə qarşı tələblər:

• Ali hüquq təhsili (magistr dərəcəsinin olması arzuolunandır);
• Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli (İngilis dilini bilənlərə üstünlük verilir);
• Bank sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
• Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
• Məxfilik, diqqət, analiz etmək, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarına sahib olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 mart 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Aparıcı hüquqşünas göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et