Aparıcı kredit mütəxəssisi | Banco.az

Aparıcı kredit mütəxəssisi

Vakansiya haqqında məlumat: 

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının 2 mindən çox növünü təqdim edirik.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə " Optimal Elektronika " Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.

"Optimal Elektronika"MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Aparıcı kredit mütəxəssisi  

Tələblər:

- Təhsil : Ali 
- İş stajı : müvafiq sahədə ən azı 3 il
- Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq 
- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı 
- Yüksək analitika qabiliyyəti
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar
-  İdarəetmə bacarıqları

Əsas vəzifələr:

- Daxil olmuş kredit müraciətlərini analiz etmək;
- Daxil omuş kredit sənədlərinin düzgünlüyünü yoxlamaq; 
- Müştəri  təqdim etdiyi məlumatların dəqiqliyini araşdırmaq  ;
- Uyğun kredit müraciətlərinin baş ofis tərəfindən təsdiq edilməsini təmin etmək;
- Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;
- Kredit Departamentinin direktoruna (və ya direktor müavinlərinə) gündəlik hesabatların təqdim edilməsi.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 5  iş günü, 2  gün istirahət
• Karyera yüksəlişi imkanı
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Aparıcı kredit mütəxəssisi” qeyd edərək öz CV-lərinizi [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 15.02.2018

Şirkət: 
Optimal Electronics LLC

Ən sərfəli krediti almaq üçün müraciət et