Aparıcı auditor | Banco.az
Bank Respublika

Aparıcı auditor

Vakansiya haqqında məlumat: 

Bank Respublika ASC Daxili Audit Departamentinə “Aparıcı auditor” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • İstehlak kreditləri sahəsində daxili nəzarət sistemlərinin mövcud olmasının, effektivliyi və adekvatlığının yoxlanılması və qiymətləndirilməsi;
  • Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələrin verilməsi;
  • Yoxlama obyektinə dair ehtimal olunan risklərin müəyyənləşdirilməsi;
  • Kredit sahəsində audit testlərinin həyata keçirilməsi;
  • Filiallarda kredit portfellərinin təhlili və monitorinqinin həyata keçirilməsi.

Namizədə qarşı tələblər:

  • Ali (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır)
  • Təcrübə; Daxili audit sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dilləri arzuolunandır;
  • MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
  • Bankın filiallarına zərurət zamanı ezamiyyələrə gedə bilmək imkanı və istəyinin olması;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 aprel 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aparıcı auditor”  şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et