Anbardar Köməkçisi | Banco.az
FINCA Azerbaijan

Anbardar Köməkçisi

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Anbardar Köməkçisi vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

Anbardar Köməkçisi vəzifəsi üçün tələb olunanlar:

  • Anbarda iş təcrübəsi;
  • MS Office proqramları üzrə biliklər;
  • İşdə dəqiqlik, düzgünlük və məsuliyyətli olmaq;
  • Sənədlərlə işləmə bacarığı;
  • 1C proqramı üzrə bilikləri olanlara üstünlük veriləcəkdir.  

FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 11 Mart 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№156/15) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edə bilərsiz:

Bakı şəh., C.Cabbarlı küç., 44, Caspian PLAZA, III-cü bina, 8-ci mərtəbə. Faks: (99 412) 596 33 87

FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et