Analitik-texnoloq | Banco.az

Analitik-texnoloq

Vakansiya haqqında məlumat: 

İnformasiya texnologiyaları departamentinin "Analitik-texnoloq" vəzifəsi.

Namizədə tələblər:

  • Ali təhsilli;  
  • Rəhbərlik və idarəetmə bacarığı (azı 1 il idarəetmə təcrübəsi);
  • Strateji düşünmə və davranma qabiliyyəti;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Yüksək kommunikasiya qabiliyyəti;
  • Analitik düşüncəyə malik olması;
  • Bankın biznes-proseslərinin avtomatlaşdırılması sahəsində bilikləri və iş təcrübəsi;
  • Bank sahəsinin uçotunun avtomatlaşdırılmasında iş təcrübəsi;
  • Proqramlaşdırma və texniki şərtlərinin yazılması üzrə bilik və təcrübə;
  • Avtomatlaşdırılmış bank sistemləri ilə iş və sazlama təcrübəsi
  • Azərbaycan dilini səlis bilməsi, ingilis və ya rus dillərini yüksək səviyyədə bilməsi;

Əsas vəzifələri:

  • Bankın biznes və təşkilati proseslərin təhlili, onların optimallaşdırılması və avtomatlaşdırılması ilə bağlı təkliflərin işlənib hazırlanması; 
  • Bankın biznes və təşkilati proseslərin  avtomatlaşdırılmasına dair texniki tapşırığın və müvafiq proqram təminatı bazasının işlənib hazırlanması / təkmilləşdirilməsi;
  • Biznes proseslərin avtomatlaşdırılmasına dair bütün layihələrin idarə edilməsi.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Son müraciət: 
bazar, İyul 16, 2017
  • Digər vakansiyalar
  • Maraqlı xəbərlər
  • Təhsil