Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi | Banco.az
Bank BTB

Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Aktiv və passivlərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi                 

 İş barədə məlumat:

1.         Likvidlik proqnozlarını hazırlayır və şöbə rəhbərliyinə təqdim edir;

2.         Likvidlik və bazar riskləri nəzərə alınmaqla, mövcud resursların müddətləri, valyutaları və məbləğləri barədə hesabatların hazırlanmasında iştirak edir;

3.         Maliyyə bazarında əlavə resurslar cəlb edilməsi və ya artıq resursların yerləşdirilməsi üçün verilən tapşırıqlara əsasən danışıqlar aparır və şöbə rəhbərliyini məlumatlandırır;

4.         Yerli və beynəlxalq maliyyə-kredit təşkilatları, fondları, bankları və digər maliyyə institutları ilə münasibətlər qurur, onlardan bank üçün sərfəli şərtlərlə maliyyənin əldə edilməsi istiqamətində fəaliyyət göstərir;

5.         Resursların daxili qiymətlərinin hesablanması (FTP – funds transfer pricing);

6.         Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Namizədə tələblər:

Ø ali iqtisadi və ya biznes üzrə təhsili;

Ø ən azı 2 il maliyyə bazarlarında əməliyyatlar sahəsində təcrübə;

Ø İngilis dilini bilmək;

Ø Analitik qabiliyyət;

Ø dəqiqlik;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  1 Avqust, 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Aktiv və passivlərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur

Ən sərfəli krediti almaq üçün müraciət et