2-ci dərəcəli inspektor | Banco.az
Rabitəbank

2-ci dərəcəli inspektor

Vakansiya haqqında məlumat: 

 

“Rabitabank” ASC-nin Bazar və Kredit risklərinin idarə edilməsi şöbəsinə 2-ci dərəcəli inspektor vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Vəzifə öhdəlikləri:

  • Kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət edilməsi
  • Riyazi və statistik metodlardan istifadə etməklə risklərin qiymətləndirilməsində (vintaj təhlil, miqrasiya matrisi, empirik modellər və s.) iştirak etmək
  • Kredit portfeli üzrə diversifikasiya limitlərinə nəzarət edilməsi
  • Mövcud makroiqtisadi statistik bazanın işlənməsində iştirak etmək
  • Bir başa rəhbəri tərəfindən verilən digər işlərin təyin edilmiş vaxtında icra etmək

 

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (iqtisadiyyat, riyaziyyat və ya statistika)
  • Bankın risklərin idarəedilməsi, audit, və nəzarət bölmələrində iş təcrübəsi üstünlükdür
  • Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə və hazırlama bacarığı
  • MS Office proqramlarından istifadə bacarığı (xüsusi ilə Excel yüksək səviyyədə)
  • Rus və İngilis dillərində danışma və oxuma bacarığı
  • Komandada işləmək və yüksək dərəcədə komunikasiya bacarığı

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Bazar və Kredit risklərinin idarə edilməsi şöbəsinə 2-ci dərəcəli inspektor göstərməyiniz xahiş olunur. 

Əlaqəvasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et