“NAĞDSIZ ÖDƏ NAĞD QAZAN” kampaniyasında8 548 manat pul mükafatı qazanılıb | Banco.az

“NAĞDSIZ ÖDƏ NAĞD QAZAN” kampaniyasında8 548 manat pul mükafatı qazanılıb

“AtaBank” ASC-nin 1 may 2016-cı il tarixindən start verdiyi "NAĞDSIZ ÖDƏ NAĞD QAZAN" ani stimullaşdırıcı lotereya kampaniyası çərçivəsində 13 650 ədəd lotereya kuponları paylanılmış və uduş kampaniyasında iştirak edən müştərilərin lotereya kuponları əsasında 8 548manatpul mükafatı qazanılmışdır.

Bu kampaniya 01 May 2016-cı il  tarixindən başlayıb və 31 dekabr 2016-cı il tarixinədək davam edəcəkdir. Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan rezident şəxslər iştirak edə bilərlər.

Keçən il olduğu kimi “AtaBank” ASC kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek üçün bir kupon təqdim edilir. Digər bankların kartları ilə ödəniş edənlər isə 20 manatlıq alış-veriş çekinə görə bir kupon əldə edəcəklər!

Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir.

Hazırda “AtaBank” ASC-nin POS-terminallarının sayı 20 000-ə yaxındır.

POS-terminalların siyahısı -http://atabank.com/?sid=430

Kampaniya haqqında daha ətraflı məlumat üçün www.atabank.com  saytına,www.facebook.com/atabank  və https://twitter.com/AtaBank  səhifəsinə daxil olmaq olar.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç