Naxçıvanbank | Banco.az

Naxçıvanbank

 

Call center
1185

Naxçıvan Muxtar Respublikasında əhaliyə, habelə kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərə maliyyə xidmətinin göstərilməsi məqsədi ilə yaradılmış 2008-ci ildən fəaliyyət göstərən “Naxçıvanbank” ASC Azərbaycan Respublikasının ikinci regional bankıdır.

“Naxçıvanbank” ASC 29 aprel 2008-ci il tarixində Vergilər Nazirliyində qeydiyyatdan keçmiş, Azərbaycan Respublikası Milli Bankı tərəfindən verilmiş 4 avqust 2008-ci il tarixli 252 saylı lisenziyaya əsasən fiziki və hüquqi şəxslərə universal bank xidmətləri göstərmək hüququna malikdir. Bank fəaliyyətə başladığı gündən regionun maliyyə-bank sektorunda mühüm yer tutmuş və etibarlı maliyyə strukturuna çevrilmişdir.

Bankın fəaliyyətində əsas məqsəd rəqabətqabiliyyətli, yüksək texnologiyalı bank xidmətlərinin göstərilməsidir.

“Naxçıvanbank” ASC 10 Oktyabr 2008-ci il tarixində bağlanmış müqavilə ilə Bakı Banklararası Valyuta Birjasında (BBVB) fəaliyyət göstərən Birja Elektron Ticarət Sisteminin (BEST) informasiya terminalına qoşulan ilk regional bank olmuşdur.

“Naxçıvanbank” ASC eyni zamanda 29 avqust 2008-ci il tarixli şəhadətnamə ilə Əmanətlərin sığortalanması fonduna üzv qəbul edilmişdir. Bu səbəbdən müştərilərin bankda yerləşdirilmiş əmanətləri sığortalanan əmanətlər hesab olunur və Fondun qaydalarına uyğun olaraq sığortalanır. 

17 Fevral 2010-cu ildən bütün dünyada fəaliyyət göstərən təcili pul köçürmə sistemi olan, qısa müddətdə pul vəsaitlərinin istənilən yerə köçürülməsinə imkan verən “Western Union” sisteminə qoşulmuşdur.

Yeni xidmətlərin təklif və tətbiq olunmasını qarşıya məqsəd qoyan “Naxçıvanbank” ASC yaxın gələcəkdə xidmət şəbəkəsinin genişləndirilməsi, filial və şöbələrin yaradılmasını, plastik kart və bankomatların təşkil edilməsini planlaşdırır.

Bankın müştəriləri sırasına sənaye, nəqliyyat, tikinti, kənd təsərrüfatı, ticarət və xidmət sahəsində fəaliyyət göstərən çoxlu şirkətlər və təşkilatlar, həmçinin fiziki şəxslər daxildir.

Naxçıvan Muxtar Respublikasında əhaliyə, habelə kiçik və orta müəssisələrə maliyyə xidmətlərinin göstərilməsi məqsədilə yaradılan “Naxçıvanbank” ASC müştəri bazasının yaradılmasını, öz müştərilərinə keyfiyyətli bank xidmətinin göstərilməsini, onlarla uzunmüddətli tərəfdaşlıq əlaqələrinin qurulmasını qarşıya məqsəd qoymuşdur. Bankın “Birlikdə yüksələk” sloqanı onun fəaliyyət məqsədini tam şəkildə ifadə edir.

“Naxçıvanbank” ASC srateji planına uyğun olaraq Bankın gələcək fəaliyyətinin səmərəliliyinin artırılması, Bankın müsbət imicinin formalaşdırılması, uzunmüddətli, etibarlı müştəri bazasının yaradılması və müştərilərin etimadının doğruldulması, uzunmüddətli tərəfdaşlıq əlaqələrinin qurulması, işlək kredit və depozit portfelinin formalaşdırılması, müştərilərə yüksək səviyyəli xidmət göstərilməsi, yeni xidmətlərin təqdim olunması, mövcud xidmətlərin şərtlərinin yaxşılaşdırılması, Bankın mənfəətinin artırılması istiqamətində mühüm işlərin görülməsi üçün lazımi işlərin görülməsini bundan sonrakı fəaliyyətində də ən yüksək səviyyədə həyata keçirməyə çalışacaqdır.

Daha çox
Ünvan Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 7, AZ 7000
Telefon +994 (36) 550 41 00 Naxçivan, +994 (12) 404 11 85 Bakı
Filialı 8
Bankomatlar 45
Sayt www.naxcivanbank.az/
E-poçt [email protected]
CEO İsayev İsa Bünyad oğlu
Rekvizitlər

Ünvan

Naxçıvan MR, Naxçıvan şəhər, C.Məmmədquluzadə küçəsi, 27

Hesab nömrəsi

AZ18NABZ01350100000000090944

Kod

505152

Swift

NAXBAZ22

VÖEN

0200432771

Tel

+994 (36) 550 41 00; 1185

Faks

+994 (36) 545 74 98

Epoçt

[email protected]

Müəllif: farid.islamov

Ən sərfəli krediti almaq üçün müraciət et