Bank Technique

Ünvan: 
Bakı şəh., Xətai rayonu, Babək prospekti 16
Telefon: 
(012) 447 77 44, 131
Filialı: 
31
Bankomatlar: 
58
E-poçt: 
infobt@banktechnique.az
CEO: 
Ülvi Mansurov
Əmanətlər

Uşaq

Unikal

Tələbli

Standart

Multi-TEC

Şans

Smart

Xeyriyyəçi

Yığım

Duo-TEC

Rekvizitlər: 

Bank Technique ASC
VÖEN: 9900000681
Kod: 506872
AR MB müxbir hesabı: AZ84NABZ01350100000000031944
Bankın SWIFT kodu: TECIAZ22 

Call center: 
Tel: 131
Əlavə məl.: 

“Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 1994-cü ildə “Rəşadbank” adı altında fəaliyyətə başlayıb, daha sonra 1998-ci ildə “Texnika Bank” adlandırılaraq, fəaliyyətini davam etdirib.

2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, Bankımız, “Bank Technique” adı ilə bazara yeniliklərlə daxil olub və innovativ bank imicini yaradıb. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Törəmə müəssisələr

ətraflı

Bankımızın, sığorta sektorunda öz sözünü demiş “Alfa Sığorta” ASC və qiymətli kağızlar bazarında aktiv fəaliyyət göstərən və ən qabaqcıl brokerlərdən hesab olunan “Texnika Kapital Menecment” MMC kimi törəmə müəssisələri var (daha ətraflı).

Əməkdaşlıq

“Bank Technique” 1998-ci ildən Bakı Banklararası Valyuta Birjası, 2002-ci ildən isə XÖHKS-in üzvüdür. Bankımız, 2001-ci ildən Dünya Maliyyə Telekommunikasiya Cəmiyyətinə (SWIFT) və Azərbaycan Banklararası Ödəmələr Sisteminə (AZİPS) qoşulub. 2002-ci ildən isə “Bank Technique"ə Mərkəzi Bank tərəfindən beynəlxalq valyuta bazarında konvertasiya əməliyyatları aparmaq hüququ verilib. 

Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi üzrə müvəkkil banklardan biri olan “Bank Technique” 2002-ci ildən istehsal və digər sahibkarlıq fəaliyyəti növlərinin inkişafı ilə əlaqədar əhaliyə kreditlərin verilməsini həyata keçirir.

“Bank Technique”, “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı” əsasında yaradılan və plastik kart ödənişlərinin inkişaf etdirilməsini nəzərdə tutan Milli Kart Prossesinq Mərkəzinin nizamnamə kapitalının 10%-ni alaraq, “Milli Kart” MMC-nin də təsisçilərindən birinə çevrilib.

Beynəlxalq sahə

2008-ci ildə Bankımız, London birjasında avro istiqrazlarını yerləşdirərək, Azərbaycan bank sisteminin inkişafında əlamətdar bir hadisəyə imza atmışdı. Bununla da, ilk dəfə Azərbaycan bankı London birjasına çıxmış, eyni zamanda, dünyanın 8 şəhərində - Sinqapur, Honkonq, London, Sürix, Cenevrə, Nyu-York, Boston vəLos-Ancelesdə 64 investor üçün ayrı-ayrılıqda təqdimatlar keçirmişdi.

2004-cü ildən etibarən, Beynəlxalq VISA Assosiasiyasının üzvü olan Bank, 2006-cı ildən “VISA”, 2007-ci ildən isə “MasterCard International” ödəmə sisteminin prinsipial üzvü olub.

Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq “Bank Technique” ASC-nin strateji prioritetlərindəndir. Bu baxımdan, Bankımız, Azərbaycanda ilk dəfə, Qara Dəniz Ticarət və İnkişaf Bankından İpoteka kreditlərinin verilməsi üçün 8 milyon dollar məbləğində kredit almışdı. Hazırda beynəlxalq ödəmələrə artan tələbatı nəzərə alaraq, “Bank Technique” ASC-nin Azərbaycan Respublikası, Rusiya Federasiyası (Сбербанк, Банк Петрокоммерц, Промсвязьбанк, Номос-Банк, Международный Банк Азербайджана - Москва, Банк Уралсиб, Русский Славянский Банк, Райффайзенбанк, Балтика Банк, Связь-Банк, Евротраст Банк, РНКО “Платежный Центр”), ABŞ (Deutsche Bank Trust Company Americas), Almaniya (Landesbank Baden-Wuerttemberg, Commerzbank AG, Deutsche Bank AG), Böyük Britaniya (Barclays Bank), Avstriya (Raiffeisen Bank International AG), İsveçrə (Banquede Commerce et de Placements  S.A., RBS Coutts Bank), Qazaxstan (БТА Банкi, Казкоммерцбанк), Latviya (Citadele Banka, Baltikums  Bank), Belçika (KBC bank NV) və Türkiyənin (Asya Katılım Bankası, Türkiye İş Bankası, Akbank, Aktif Yatırım Bankası) aparıcı bankları ilə müxbir əlaqələri mövcuddur (daha ətraflı).

Pul köçürmələri

“BankTechnique” qabaqcıl iş təcrübəsinin və müasir texnologiyanın tətbiqinin nəticəsi olaraq, ölkəmizin maliyyə bazarının və bank sisteminin inkişafı üçün əlverişli şəraitin yaradılmasında, investisiyaların cəlb olunmasında, müştərilərə yüksək xidmət göstərilməsində bir çox nailiyyətlər əldə edib. Bankımız müştərilərə “Western Union”, “Blizko”, “Contact”, “PrivatMoney”, “Migom”, “Lider”, “Faster”, “IBA Express”, “Caspian MoneyTransfer” vasitəsilə təcili pul köçürmə xidmətləri həyata keçirir. Bankın kart sahibləri isə pul köçürmələri üçün VISA Personal Payment və MasterCard Money Send beynəlxalq kart köçürmələri xidmətlərindən yararlana bilirlər.

Unikal xidmətlər

Azərbaycanda yeganə olaraq, “Bank Technique”in təqdim etdiyi elektron kiosklar vasitəsilə, banka gəlmədən, yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri və Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunu ödəmək mümkündür (daha ətraflı).

Geniş xidmət dairəsi

Xidmət şəbəkəsini genişləndirmək Bankımızın qarşısına qoyduğu ən mühüm məsələlərdəndir. Beləliklə də, “Bank Technique” ASC özünün filial şəbəkəsini sürətlə genişləndirərək, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramını öz fəaliyyəti ilə dəstəkləmiş olur. Hazırda Bankımızın 31 filialı Bakı, Abşeron, Gəncə, Sumqayıt, Quba, Mingəçevir, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad və Tovuzda, 22 şöbəsi isə (onlardan 16-i notariat kontorlarında alqı-satqı əməliyyatlarının aparılması ilə məşğuldur) Bakı şəhəri, həmçinin Şüvəlan (Bakı), Qovlar (Tovuz) qəsəbələrində, Ağstafa, Lənkəran, Balakən və Tərtər rayonlarında fəaliyyət göstərir (daha ətraflı). Ölkə bankları arasında müştərilərin sayına görə də liderlər sırasında olan Bankımız, hüquqi və fiziki şəxslər olmaqla, 120 mindən artıq müştəriyə xidmət göstərir. Hazırda 700 nəfərdən artıq işçi Baş ofis və filiallarda çalışır.

 

Rəylər

BİLDİYİM ƏN GÜCLÜ BANKDIR

Press Reliz