AzMikroİnvest | Banco.az

AzMikroİnvest

 

“AzMikroİnvest” BOKT 2014-cü ilin aprel ayında təsis edilmiş və həmin ilin iyun ayında Azərbaycan Respublikasının Mərkəzi Bankından məhdud bank lisenziyasını alaraq mikromaliyyə fəaliyyətinə başlamışdır.

“AzMikroİnvest” BOKT-nin hədəf bazarı ölkəmizin bütün regionlarının sıx şəkildə məskunlaşmış məcburi köçkün və aztəminatlı ailələridir. Bu ailələrə məxsus bizneslərin inkişaf etdirilməsi və bu bizneslərdən əldə olunan gəlir hesabına həmin ailələrin sosial-iqtisadi durumunun yaxşılaşdırılması üçün 2014-cü ilin avqust ayından etibarən mikrokreditlər ayrılmış və bu bizneslərin nəzərəçarpacaq dərəcədə inkişafına nail olunmuşdur. Kreditlər əsasən qrup təminatlı və şəxsi zaminliklə verilir.

“AzmMikrİnvest” BOKT-nin əsas məqsədi aztəminatlı təbəqənin sosial rifahının yaxşılaşdırılması məqsədilə davamlı mikromaliyyə təşkilatı kimi fəaliyyət göstərərək ölkəmizdə mikro bizneslərin inkişafına maliyyə dəstəyi verməkdir.

Təşkilatın maliyyə bazası kapital qoyuluşu, yerli maliyyə qurumlarından cəlb edilən kredit vəsaitləri və faiz gəlirləri hesabına formalaşmışdır. AzMikroİnvest-in gələcək planlarına mikrokredit fəaliyyətini genişləndirməklə yanaşı, yeni kredit məhsullarının yaradılması və əsasən kənd və qəsəbələrdə sıx məskunlaşmış aztəminatlı təbəqənin bizneslərinin inkişafı üçün mikromaliyyə dəstəyinin göstərilməsi daxildir. Təşkilat, bu məqsədlə yerli və beynəlxalq maliyyə qurumlarından əlavə vəsaitlər cəlb edərək mikromaliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində mühüm işlər aparmaqdadır.

Bunula yanaşı, “AzMikroİnvest” BOKT əhalinin istehlak ehtiyaclarının ödənilməsi üçün istehlak kreditləri də təklif edir. İstehlak kreditləri əsasən ev (mənzil) təmiri və tikintisi, məişət əşyalarının alınması, təhsil və s. xərclər kimi əhalinin istehlak ehtiyaclarının ödənilməsi məqsədilə verilir.

Daha çox
Ünvan AZ 1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, məhəllə 3024, Eldar Babayev küçəsi 30
Telefon (+ 994 12) 568 21 28; (+ 994 55) 250 28 05
Sayt www.azmikroinvest.az
E-poçt info@azmikroinvest.az
CEO Musayev Elgiz
Rekvizitlər
    Ünvan: AZ1054, Azərbaycan Respublikası,Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, məhəllə 3024, Eldar Babayev küçəsi 30
    VÖEN: 1003333091
    Telefon: (+ 994 12) 568 21 28; (+ 994 55) 250 28 05
    E-mail: info@azmikroinvest.az
    URL: http://www.azmikroinvest.az
   
    Hesablaşma hesabı:

AZ30BRES00370994401945985301

  "Bank Respublika" АSC-nin M. Əcəmi filial: KOD 511210
    VÖEN: 9900001901
    Müxbir hesab: AZ80NABZ01350100000000014944
    S.W.I.F.T: BRESAZ22

 

Müəllif: Könül Vəliyeva

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç