Zakir Nuriyev: “Bank sektorunda əməkhaqqı trendləri izlənəcək” | Banco.az

Zakir Nuriyev: “Bank sektorunda əməkhaqqı trendləri izlənəcək”

13 iyun 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və ABA-nın icraçı direktoru Yunus Abdullayev  “HayGroup”un rəhbərliyi ilə görüşüb.

Görüşün məqsədi  “Əməkhaqqı Sorğusu” Layihəsi ilə bağlı ümumi məsələlərin müzakirəsi  olub.

Görüş zamanı Zakir Nuriyev bildirib ki, bu sorğu ABA üzvlərinə bank sektorunda formalaşan əməkhaqqı trendlərini izləməkdə köməklik göstərəcək. Həmçinin əməkhaqqı sorğusu həmin trendlərə uyğun rəqabətqabiliyyətli əməkhaqqı sistemi qurmağa imkan verəcək.

Ən sərfəli kredit üçün müraciət et

“HayGroup” strategiyaları həqiqətə çevirən liderlərlə işləyən qlobal məsləhət firmasıdır. Şirkətin əsas məqsədi insanların daha effektiv olmaları və daha yaxşı performans göstərmələridir. Şirkətin 50 ölkədə 88 ofisi var ki, burada 3100 işçi fəaliyyət göstərir. “HayGroup” dünyanın 114 ölkəsindən etibarlı məlumatlar ala bilir.

Mənbə: Bbn.az

Ən sərfəli krediti almaq üçün müraciət et