Yapı Kredi müştəriləri Qarabağ və Qəbələ futbol klublarını dəstəkləyir | Banco.az

Yapı Kredi müştəriləri Qarabağ və Qəbələ futbol klublarını dəstəkləyir

Yapı Kredi müştəriləri Qarabağ və Qəbələ futbol klublarına dəstək olurlar.

“Yapı Kredi Bank Azərbaycan” olduqca maraqlı sosial məsuliyyət layihəsinə start vermişdir. Belə ki, bankın müştəriləri filiallarına yaxınlaşaraq, 2015-2016-ci il mövsümündə Azərbaycanı UEFA Avropa liqasında təmsil edən Qarabağ və Qəbələ futbol klublarına dəstək olurlar.

Kampaniya çərçivəsində, bankın filiallarına yaxınlaşan müştərilər Qarabağ və Qəbələ futbol klublarına öz arzularını filiallarda ayrılan xüsusi lövhəyə yazırlar. Bank isə, öz növbəsində ən sonda arzular lövhəsini birləşdirib, bütöv bir lövhə halında Qarabağ və Qəbələ futbol klublarına hədiyyə etməyi düşünür.

Qeyd edək ki, tədbir Yapı Kredi Bank Azərbaycanın Bakı şəhərində yerləşən 4 ədəd filialında həyata keçiriləcəkdir.

  • Mərkəz Filialı- Cəlil Məmmədquluzadə 73G/həftəiçisaat 09:00-17:00
  • Səbail filialı-Nizami küçəsi 69/həftəiçisaat 09:00-17:00
  • Nərimanov filailı-Təbriz küçəsi 106A Bazar Ertəsi-Şənbə 09:00-22:00/Bazar-10:00-22:00
  • Əhmədli filialı-Sarayevo küçəsi 3/həftə içi 09:00-17:00

Azərbaycanı UEFA Avropa liqasında təmsil edən Qarabağ və Qəbələ futbol klublarına “Yapı Kredi Bank Azərbaycan” öz adından uğurlar diləyərək, gündən günə inkişaf edən Azərbaycan futboluna dəstək olmaqdan şərəf hissi duyur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Yapı Kredi Bank” Azərbaycanda müxtəlif sahələrin inkişafına dəstək olaraq, hər zaman korporativ sosial məsuliyyət məqsədi ilə müxtəlif tədbirləri və kampaniyaları həyata keçirməyə davam etməkdədir.

Ən sərfəli krediti almaq üçün müraciət et