Yapı Kredi Bank Azərbaycanın təqdim etdiyi kampaniya uğurla yekunlaşıb | Banco.az

Yapı Kredi Bank Azərbaycanın təqdim etdiyi kampaniya uğurla yekunlaşıb

Yapı Kredi Bank Azərbaycan Mobil Bankçılıq müştəriləri üçün təqdim etdiyi kampaniya artıq yekunlaşdı.

Bu dəfə Bankın mövcud Mobil Bankçılıq müştəriləri və Mobil Bankçılıq xidmətinə yeni qoşulmaq istəyən hər kəs 15 iyun-15 iyul tarixləri arasında Mobil Bankçılıqdan 50 AZN və daha çox ödəniş əməliyyatları etdikdə, iPad Air qazanma şansı əldə etdi.Kampaniya müddətində edilən ödəniş təlimatlarına əsasən lotereya çəkilişində 1 qalib seçilməliydi və Mobil Bankçılıqdan iPad Air Wi-Fi 16 GB(MD 785) qazanacaqdı.Kampaniya çərçivəsində 1 dəfə lotereya çəkilişi keçirildi  və 1 şanslı müştərimiz Eldəniz Əliyev oldu.

Yapı Kredi Mobil Bankçılıq proqramını Android və iOS telefonunuza pulsuz olaraq dərhal yükləyə bilərsiniz.

Yapı Kredi Mobil Bankçılıq proqramını yüklədikdən sonra, İnternet Bankçılıq Müştəri Nömrəsi və Şifrəsi ilə Mobil Bankçılıq əməliyyatlarınızı reallaşdırmağa dərhal başlaya bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pul köçürmə, sığorta, internet bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.

Bankın məhsul və xidmətləri ilə bağlı məlumatı daim yenilənən www.yapikredi.com.azhttps://www.facebook.com/YapiKrediAZ  səhifələrindən, eyni zamanda 7 gün 24 saat *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et