VTB Qrupun vahid bankomat şəbəkəsindən istifadə zamanı tutulan komissiya 1 %-dir | Banco.az

VTB Qrupun vahid bankomat şəbəkəsindən istifadə zamanı tutulan komissiya 1 %-dir

Bank VTB (Azərbaycan) ASC-nin plastik kart sahibləri VTB qrupun vahid bankomat şəbəkəsindən güzəştli şərtlərlə istifadə edə bilərlər.  Belə ki, VTB (Azərbaycan)ın kart sahibləri VTB Qrupun vahid bankomat şəbəkəsindən pul vəsaitlərini çıxararkən nağdlaşdırma komissiyası 1% təşkil edəcək. Bazarda müvafiq komissiya üzrə orta göstərici 2%-dir.

Bankın kredit kartları üzrə də müvafiq göstərici 1% təşkil edəcək və nağd vəsaitlərin çıxarılması zamanı tutulacaq.  

VTB Qrupun vahid bankomat sisteminə Azərbaycan, Rusiya, Gürcüstan və MDB ölkələrində olan 6 000-dən artıq ATM daxildir. 

Ən sərfəli kredit üçün müraciət et

Bank VTB (Azərbaycan) ASC-nin ödəniş kartları üzrə idarə rəisi Ulyana Əlixanova:  “VTB qrupun vahid bankomat sistemindən istifadə sərfəli olmaqla yanaşı, həm də çox təhlükəsizdir. Belə ki, bu sistem plastik kart sahiblərinə xarici ölkələrdə səfərdə olarkən  elektron pulların etibarlı saxlanmasına təminat verir”. 

Ən sərfəli krediti almaq üçün müraciət et