VF AzərKredit Beynəlxalq Maliyyə Jurnalının “Ən Yaxşı Mikromaliyyə Təşkilatı” mükafatına layiq görülmüşdür | Banco.az

VF AzərKredit Beynəlxalq Maliyyə Jurnalının “Ən Yaxşı Mikromaliyyə Təşkilatı” mükafatına layiq görülmüşdür

VF AzərKredit İngiltərənin nüfuzlu Beynəlxalq Maliyyə Jurnalının (International Finance Magazine)  “Maliyyə Mükafatları – Azərbaycan 2013” üzrə təsis etdiyi “Ən Yaxşı Mikromaliyyə Təşkilatı” mükafatına layiq görülmüşdür.
International Finance Magazine dünyanın 200-dən çox ölkəsində oxunan onlayn jurnal olaraq, dünya maliyyə bazarlarında baş verən bütün mühüm yenilikləri işıqlandırmaqla yanaşı, bankçılıq, kapital bazarları, ticarət və texnologiya, İslam bankçılığı və digər mövzularda  araşdırmalar dərc edir. Jurnal hər il bir sıra ölkələrin ən öndə gedən və daim inkişafda olanmaliyyə təşkilatlarına müxtəlif nominasiyalar üzrə maliyyə mükafatları təqdim edir.

VF AzərKredit bu mükafata müştərilərinə qabaqcıl standartlara cavab verən xidmətlər təqdim etdiyinə və yüksək maliyyə göstəriciləri ilə yanaşı korporativ məsuliyyət baxımından da nümunəvi fəaliyyət nümayiş etdirdiyinə görə layiq görülmüşdür.

Daha ətraflı məlumat üçün:http://www.internationalfinancemagazine.com/article/International-Financ...

BOKT VijnFond AzərKredit 1996-cı ildə insanlara öz həyatlarını və rifahlarını idarə edə bilmələrini təmin etmək üçün kreditlərin verilməsi məqsədiilə ümumdünya yardım və inkişaf təşkilatı olan Vörld Vijn təşkilatının bir proqramı olaraq yaradılmışdır.2002-ci ildə VF AzərKredit məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçmiş və 2003-cü ildə Azərbaycan Milli Bankından bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərmək üçün lisenziya almışdır.Hal-hazırda VF AzərKredit ölkə ərazisində 37 ofisi vasitəsilə 70 mindən çox insana xidmət göstərir.www.azercredit.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et