Uşaqlar AccessBank-da - VİDEO | Banco.az

Uşaqlar AccessBank-da - VİDEO

AccessBank 1 iyun uşaqlar gününü maraqlı və qeyri-adi tərzdə qeyd etdi. Həmin gün Bankın ölkə üzrə yerləşən bütün filiallarında iş günü fərqli keçdi, çünki müştəriləri uşaqlar qarşılayıb və xidmət göstərib. İş günün sonunda balaca bankirlər sürprizlə qarşılaşdılar – onlar üçün müxtəlif əyləncələr və hədiyylələr hazırlanmışdır. Bu layihə sayəsində 1 iyun tarixi həm uşaqlar, həm də müştərilər üçün çox maraqlı və unudulmaz oldu.

Tədbirin ən maraqlı görüntüləri ilə hazırlanan videosüjetdən tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu layihə Bankın korporativ sosial məsuliyyət (KSM) proqramı çərçivəsində həyata keçirilib. KSM AccessBank-ın missiyasının ayrılmaz hissəsidir, Bank indiyədək təhsil, mədəniyyət və idman sahəsində 150-dən çox sosial layihə reallaşdırıb. 

Ən sərfəli krediti almaq üçün müraciət et