Unibankın yeni filialı fəaliyyətə başlayıb | Banco.az

Unibankın yeni filialı fəaliyyətə başlayıb

Öz müştəriləri üçün xidmət imkanlarını günü-gündən yaxşılaşdıran Unibankdan  xoş xəbər var.  Artıq Unibank filialını tapmaq daha ASAN oldu.  Bankın 1 saylı ASAN Kommunalda (Həsən Əliyev 36) yeni filialı fəaliyyətə başlayıb. Daha əlçatan və  digər xidmətlərin mövcud olduğu bir ünvanda yerləşən filial,müştərilərinə geniş bank xidmətləri təklif edir. Filial müştərilərə kassa hesablaşma əməliyyatları, kredit verilməsi, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar daxil olmaqla,  bütün bank xidmətlərini göstərir. Yüksək səviyyəli xidmətdən  və keyfiyyətli bank məhsullarından faydalanmaq istəyən hər kəs Unibankın ASAN Kommunalda yerləşən filialına müraciət edə bilər.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir. Banka gəlmədən də bank xidmətlərinin əksər hissəsindən Unibank Mobile-ın (http://onelink.to/ffdbwf) köməyi ilə istifadə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından(www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən(www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı! 

Ən sərfəli krediti almaq üçün müraciət et