UNİBANKın KREDİT KARTLARI UDUŞLUDUR | Banco.az

UNİBANKın KREDİT KARTLARI UDUŞLUDUR

Unibank kredit kartı olanlar  çox şanslıdırlar, çünki onlar müxtəlif pul uduşlu loterereyanın qalibi ola bilərlər. Artıq ilk qazananlar bəllidir. Bankın 183 müştərisu “Kredit kartınızla əməliyyat edin və qazanın”  lotereyasının birinci tirajının  qalibi olub. Mayın 3-dən avqustun 31-dək davam edən, 54.000 AZN  uduş fondlu və 4 tirajlı loterya çərçivəsində ümumilikdə Unibank-ın  732  müştərisi pul mükafatı qazanacaq.  Lotereyanın şərtlərinə əsasən,  Unibank-ın  kredit kartı ilə Azərbaycan və  xarici ölkələrdə nağd və ya nağdsız əməliyyat edən müştəriləri, lotereyanın iştirakçılarıdır. Hər tirajın nəticələrinə görə, 150 nəfər  50 AZN, 30 qalib 100 AZN, 3 nəfər isə 1000 AZN pul mükafatı qazanacaq.

Lotereyada  tirajın keçirildiyi aydan əvvəlki ayda  bağlanan  və  bütün aktiv kredit kartları iştirak edir. Müştərinin kredit kartı ilə həyata keçirdiyi əməliyyatın hər tam 10 AZN/USD-si  1 şans kimi qiymətləndirilir. Məsələn, müştəri   kredit kartı ilə 127 AZN və ya 127 USD  əməliyyat edərsə, bu zaman  müştəri lotereyada iştirak  üçün 12 şans əldə edir. Qaliblər komissiya tərəfindən xüsusi kompüter proqramı  vasitəsi ilə elektron püşkatma qaydasında həyata keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Hər bir lotereya iştirakçısının öz  eyniləşdirmə nömrəsi olacaq.

Lotereyanın ilk tirajının qalibləri bankın rəsmi saytında (http://unibank.az/az/about-bank/news/263/) yerləşdirilib və “Yeni Azərbaycan” qəzetinin dünənki nömrəsində dərc edilib.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı. 

Ən sərfəli krediti almaq üçün müraciət et