UNİBANKdan yeni təhsil krediti | Banco.az

UNİBANKdan yeni təhsil krediti

Unibank-dan təhsilə daha bir dəstək. Bankın yeni təhsil krediti ilə sevimli universitetdə təhsil almaq arzunuz həyata keçəcək. Nüfuzlu universitetə daxil olmusunuz, amma təhsil haqqı sizi narahat edirsə, Unibank-ın yeni təhsil krediti sizə kömək edəcək.

İndi Unibank- təqdim etdiyi sərfəli nağd kredit şərtləri sayəsində təhsil haqqını ödəmək daha da asan oldu. Hər kəs Unibank-dan sərfəli manat kreditləri əldə edərək yaxınlarının təhsil haqqını ödəyə bilər. Əlavə olaraq  tələbənin və ya magistrin 1-ci dərəcəli qohumları (ata, ana, bacı, qardaş, həyat yoldaşı) təhsil haqqı kreditlərində illik faiz dərəcəsində 2% endirim əldə edə bilərlər.

Unibank-da təhsil haqlarının həmçinin ALBALI PLUS kartları ilə ödəniş kampaniyası da davam edir. Təhsil haqqı kart sahibinin istəyinə uyğun olaraq 6 və ya 12 ay müddətinə ödənilə bilər Bunun üçün sadəcə, kart sahibi Unibank-ın Mərkəzi ofis, “Əcəmi”, “Neftçilər”, “Mərdəkan” və “Sumqayıt” filiallarına yaxınlaşıb, vəsaitin köçürüləcəyi təhsil müəssisəsinin rekvizitlərini təqdim etməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank)  əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et