UNİBANK MÜŞTƏRİLƏRİ ÜÇÜN YENİ XİDMƏT | Banco.az

UNİBANK MÜŞTƏRİLƏRİ ÜÇÜN YENİ XİDMƏT

Müştəri məmnuniyyətini hər zaman ən prioritet məsələ hesab edən Unibank,  müştərilərin birbaşa müraciəti üçün xüsusi şöbə yaradıb. Müştərilər öz müraciətlərini şifahi, yazılı və elektron formada edə bilərlər. Elektron müraciətlər bu məqsədlə yaradılan elektron ünvana ([email protected]) göndərilir. Müştərilər qaynar xəttə (117 daxili nömrə 4) zəng edərək də, şikayətərini bildirə bilərlər. Müraciət edən şəxslərə şikayətlərinin statusunu öyrənmək üçün mərkəzləşdirilmiş baza vasitəsi ilə müvafiq kod verilir.Müraciət edən şəxs kodunu saytda yerləşən xüsusi bölmənin  (http://www.unibank.az/az/about-bank/teklif/) müvafiq hissəsinə yazmaqla, müraciətinin həll olunma statusu ilə maraqlana bilər. Bank tərəfindən istehlakçıların müraciətləri ən geci 10 iş günü ərzində cavablandırılır. Müraciətlə bağlı əlavə araşdırma tələb edilərsə, müraciətlərin cavablandırılması 20 iş gününədək uzadıla bilər.Qeydiyyatı aparılmış müraciətlər isə qeydiyyat bazasında ən azı 5 il müddətinə saxlanılır.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilərin bank məhsulları və xidmətləri ilə bağlı suallarını cavablandırmaq üçün Unibankın 117 məlumat mərkəzi də  xidmət saatlarını artırıb. İndi bankın müştəri xidməti həftənin 6 günü, səhər saat 09.00-dan  axşam 22.00-dək xidmət göstərir. Unibank müştəriləri günün istənilən vaxtı, ölkənin bütün ərazisindən 117 nömrəsinə zəng edərək,  bankın xidmət və məhsulları haqda  məlumat ala bilirlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı. 

Ən sərfəli krediti almaq üçün müraciət et