UNİBANK-dan KREDİTLƏRDƏ 0% KOMİSSİYA | Banco.az

UNİBANK-dan KREDİTLƏRDƏ 0% KOMİSSİYA

İndi Unibankdan kredit almaq əsl bayram əhvalı yaradır. Çünki bank 28 May Respublika günü ilə bağlı kredit şərtlərini dəyişdi. Mayın 27-də Unibank filialına gələn hər bir müştəriyə kreditlərdə xüsusi güzəştlər ediləcək: kredit proseduru üzrə komissiya 0%,  nağdlaşdırma üzrə komissiya 0%, üstəlik kredit götürən hər bir müştəriyə 10 000 AZN-dək balansı olan ALBALI PLUS kartı hədiyyə. Kampaniya 1 günlükdür  və mayın 27-də bankdan nağd kredit götürən bütün müştərilər üçündür.

İndi Unibankdan götürülən hər 1000 manat kreditə görə, aylıq ödəniş faiz və əsas borc daxil olmaqla cəmi 31 manatdan başlayır. Kreditin maksimal məbləği 10.000 AZN təşkil edir. Üstəlik, Unibankdan kredit götürən müştərilərə 6%-dək endirim kampaniyası da davam edir. Bank  filiallarına müraciət edən müştərilər cəmi 20 dəqiqə ərzində  kredit ala bilirlər.

Peşəsindən asılı olmayaraq, 20  yaşdan 70 yaşadək  Azərbaycan Respublikasının  hər  bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə,  Unibank-dan 10.000 AZN-dək və 48 ay müddətədək kredit götürə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı. 

Ən sərfəli krediti almaq üçün müraciət et